Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DÖVLƏTİN PULUNU HOVUZDA BATIRAN BİR ŞIMARIQ

DÖVLƏTİN PULUNU HOVUZDA BATIRAN BİR ŞIMARIQ


16-08-2012, 11:33
DÖVLƏTİN PULUNU HOVUZDA BATIRAN BİR ŞIMARIQ

VƏ ONUN GÜLMƏCƏSİNƏ CAVAB

Dünya varmış bə! Doğrudan. Mən hələ həyatım boyu belə gülməli və bu qədər aciz bir özünümüdafiə görməmişdim. Adamlar siyasi prosseslərdə boy göstərmək istəyirlər, sonra dövlətin pulu hesabına dostları ilə birlikdə dövlət layihəsi çərçivəsində ölkəyə təşrif gətirmiş gənc əcnəbi xanımlarla özlərinə hovuz keyfi verirlər və sonra bu hovuz keyfini işdən kənar əyləncə olaraq dəyərləndirib mediyaya meydan oxuyurlar.
Öncə kiçik bir sitiat gətrəcəm. Avropa Tələbələr Forumu-Sumqayıt İctimai Birliyinin sədri Azər Məhhərəmov özünün rəzalətini azxeber.com saytına verdiyi açıqlamada belə təmizə çıxarır:
«Mən başa düşmürəm ki, mənim işdən kənar dənizdə və ya hovuzda dostlarımla çimməyimin, şəkil çəkdirməyimin adamlara nə aidiyyatı var. Hər gün dənizdə milyonlarla adam çimir, şəkil çəkdirir. Bu məntiqlə həmin sayt onların hamısının şəkilini yaymalıdır?! Ola bilər, mənim haqqımda bu yazını sifariş verənlər və onların dostları dənizdə, hovuzda kostyumla çimirlər».
Birinci, hovuzda hər kəs sənin kimi çimir. Amma bir fərqlə. Siyasətlə məşğul olanların sənin kimi əcnəbi qızları hovuzda boyunlarına alıb kameraya poza vermək kimi bir haqqı yox. O zaman sən siyasətlə məşğul olmayacaqsan. Bir daha altını çizirəm. Sən bu fotonu hovuzda dövlətin pulu ilə dövlət tədbiri çərçivəsində çəkdirmisən. O zaman hansı şəxsi həyatdan danışırsan? Siyasətçinin şəxsi həyatımı olur?
Hə, siyasi fəallığın olacaq, üstəlik dövlətin pulu ilə əcnəbi qızları hovuzda boynuna alacaqsan, fotokameraya poza verəcəksən, o zaman mən bunu xəbər edərəm. Bu da mənim haqqım. Ya siyasi aktivlik nümayiş etdirməyəcəksən, ya da hərəkətlərinin ölçü-biçisini biləcəksən. Çünki sən özünü yox, təmsil etdiklərini rəzil edirsən və durub şəxsi həyat müamiləsi yapırsan. Siyasətçinin biri ilə əl verib görüşməsi belə xəbərdir. Hətta gözləşməsi belə. Onda da ola hovuzda əcnəbi bir xanımı boynuna ala.
İkincisi, biz sənin hovuz keyfinə belə toxunmamışdıq. Sənə toxunanlar toxunmuşdu, səni xəbər edənlər xəbər etmişdi. Bizim yazıda gedən fotolar da, ordakı faktlarda vaxtilə sənə, indi isə keçmiş dostlarına yaxın olan portallada yayımlanmışdı. Niyə yayımlandığını isə sən hər kəsdən daha yaxşı bilirsən. Doğrudu, sonradan həmin materiallar həmin portallardan yığışdırıldı, amma keşdə qalırdı və bizdə həmin xəbərdən bir ehtimal ortaya qoyduq. Ehtimal isə bu idi ki, normalda «dostlarınızın» hədəfi Elmar Quliyev olmalıydı. Çünki hovuz keyfinə sovurulan pullar üçün birinci məsul olan şəxs Elmar Quliyevdi. Əgər «dostlarnızın» doğurdan da dövlət malı üçün canları yanırdısa, o zaman hədəfdə Elmar Quliyev olmalıydı. Niyə Azər Məhərrəmov? Sən açıqlamanda bu niyəyə cavab verməmisən. Hətta yanından belə keçməmisən. Niyə? Bu niyəsini sən məndən daha yaxşı bilirsən.
Sən niyə açıq şəkildə durub demirsən ki, «İrəli» haqqında mətbuata heç biir şey ötürməmisən? Normalda bunu təkzib etməliydin. Çünki sənə qarşı bizim tərəfimizdən irəli sürülən ehtimal bu idi.
Üçüncüsü, sən hüquqi məsuliyyətdən danışırsan. Haqqlısan sənin və dostlarının hüquqi məsuliyyəti var. Hətta cənab nazir Azad Rəhimovun belə. Gənclər sektorunu sizi kimi şımarıqlara verən hər kəsin hüquqi məsuliyyəti var. Əslində sənin günahın belə yoxdu. Sən özünə zəhmət verib açıqdama belə verməməliydin. Açıqlamanı Azad Rəhimov verməliydi. Açıqlama verməliydi ki, nəyə görə sən dövlətin pulu ilə hovuzda əcnəbi qızları boynunda gəzdirirsən. Açıqlama verməliydi ki, nəyə görə, hansı layihəyə pulu necə xərcləyir. Açıqlama verməliydi ki, nəyə görə yüz minlərlə gənc ac-yalavac küçələrdə iş axtarır, qul kimi çalışır və sənin kimi bir neçə yüz gənc hakimiyyəti müdafiə məzhəkəsi quraraq hər il dövlətin yüz minlərlə manatını hovuzlarda şirinçay edir.
Hə durub deyəcəksən ki, sən o hovuzda dövlətin pulu ilə çimməmisən, öz pulunla çimmisən. Bu zaman maliyyə qaynağını açıqlayacaqsan. Hətta o pulu atandan alsan belə, atanın maliyyə qaynağını açıqlayacaqsan. Çünki sizin o hovuz səfanız bir fəhlənin, bir məmurun, həkimin, bir müəllimn, bir professorun iki aylıq maaşı üzərindədir. Bir şeyi də nəzərinə çatdırım. Bu gün küçədən keçən bir Məmmədin oğlu dənizdə belə çimə bilmir. Çünki allahın dənizini belə onun əlindən alıblar və o, od kimi adamı yandıran qiymətlər ucbatından dənizi xəyal belə edə bilmir. Hətta küçədən keçən bir Məmmədin oğlu daş hasarların arxasındakı dənizi belə görə bilmir. Səndən fərqli olaraq.
Və küçədən keçən bir Məmmədin oğlu sənin çimdiyin o, hovuzda əcnəbi qızları boynuna ala bilmir. Hətta bunu xəyal belə edə bilmir. Sən əcnəbi qızları boynuna ala bilirsənsə, al. Amma heç olmasa sus, Allah eşqinə. Sus kimi batmayasan və başqaların batırmayasan. Bax, Ziya Məmmədovun oğlu susur, Kəmaləddin Heydərovun oğlu susur. Çünki susmasalar hər şeyi bərbad edərlər. Sənin kimi.
Birdə durub deyirsən ki, səni kimsə sifariş edib. Güldürmə. Səni «dostların» kimə, niyə sifariş edib, bunu sən bilirsən. O sifariş bizi əlaqədar etməz.

Azər QARAMANLI
PİA.AZ saytının baş redaktoru.

Geri qayıt