Əsas Səhifə > Siyasət, Manşet > FAZİL MƏMMƏDOV MANISLARIN QABAĞINDAN QAÇDI
FAZİL MƏMMƏDOV MANISLARIN QABAĞINDAN QAÇDI16-08-2012, 11:43 |
VERGİLƏR NAZİRLİYİNİN MÜĞƏNNİLƏRİ TƏFTİŞ QƏRARINA KİM MANE OLUB? DİA.AZ: - Bir müddət əvvəl məlumat verərəki bildirmişdik ki, Vergilər Nazirliyi şou-biznes nümayəndələrinin vergidən yayınması faktlarının aşkarlanması məqsədilə araşdırmalara başlayıb. Məlumatımızda onu da qeyd etmişdik ki, bir toyun yarım saatını 1000-3000 manata oxuyan müğənnilərin bir aylıq qazanclarının 1500 manat göstərilməsi şəraitində dövlətdən külli-miqdarda pulun gizlədilməsinə baxmayaraq, müğənnilər bir neçə il əvvəl VN-nin bəlli istiqamətdəki anoloji araşdırmalarını böyük təpgi ilə qarşılamışdılar. İndi isə aydın olur ki, müğənnilərin nazirliyə qarşı sərt danışmaları heç də əsassız deyilmiş. Yəni onların bir güvəncələri var və hətta bu səbəbdən VN-nin son təşəbbüsləri də yarımçıq qalıb. Bu barədə DİA.AZ-a məlumat verən Nazirlər Kabinetindəki məlumatlı mənbə iddia edir ki, hər biri bir məmura yaxın olan şou-biznesin tanınmışları VN-nin araşdırma ilə bağlı sorğularının müqabilində öz himayədarlarına yenidən sığınıblar: «Çox dəhşətli bir mənzərə yaranıb. Hətta Rəqsanə üçün belə nazirliyi divara dirəyənlər olub. Faiq Ağayevə, Aygün Kazımovaya görə nazirliyə kimlərinsə telefon açması anlaşılandır. Amma az qala gəlirləri araşdırmaya götürülən bütün müğənnilərin arxasında ciddi bir məmur çıxıb». Onu da xatırladaq ki, mətbuatda dəfələrlə məmur-şou-biznes ilişgilərinin həddindən yazılıb. Və son baş verənlər də təsdiqləyir ki, bu mübhəm tellər hələ də möhkəmdir. Hətta Fazil Məmmədovu bir manısın qarşısından geri çəkilməyə vadar edəcək səviyyədə möhkəmdir… Geri qayıt |