Əsas Səhifə > Şou-biznes > ÖZÜ YAZIB ÖZÜ OXUYANLAR
ÖZÜ YAZIB ÖZÜ OXUYANLAR16-08-2012, 12:26 |
ŞOU-BİZNESDƏ BELƏLƏRİ ÇOX İMİŞ Şou-biznesdə: "Özümü bəstəkar kimi də sınadım", - deyən müğənnilərimiz çoxluq təşkil edir... Milli.Az sizə oxuduqları mahnılarının müəllifi olan müğənniləri təqdim edir: 1. Tünzalə Ağayeva. Yazdığı mahnıları özü ifa edən müğənnilərdən danışsaq, ilk növbədə Tünzalə xanımın adını çəkməliyik. Əməkdar artist mahnılarını özü də ifa edir, həmkarlarına da “hədiyyə edir”. Müğənninin repertuarındakı, demək olar ki, bütün mahnılar - “Gözlərin”, “Axar çaylar”, “Şuşam”, “Xavərim”, “Yoxsan bu şəhərdə”, “Görüşək”, “Şəhərin ritmi”, “Hədiyyə”, “Söylə nədən” mahnıları bu sıradandır. 2. Aygün Kazımova. Xalq artisti uzun illər öncə mahnı yazmağa başlayıb. Onun bu təcrübəsini uğurlu adlandırmaq olar. Müğənninin musiqi və söz müəllifi olduğu “Məhəbbət üçbucağı” adlı mahnı bir zamanlar əsl hitə çevrilmişdi. İllər sonra da Aygün özünü bəstəkar kimi sınayaraq, “Öpsən” adlı mahnı yazıb. 3. Röya. Röyanın da müəllifi olduğu mahnılar var. Ən çox sevilən “Bax” adlı mahnısını isə müğənni həyat yoldaşı Anara həsr edib. Sözlərini məhz Anar üçün yazan Röya mahnını toy günü həyat yoldaşı üçün oxumuşdu. 4. Abbas Bağırov. Əməkdar artistin yeni təqdim etdiyi “Aləm gözəl” adlı albomunda yer alan mahnılar sırasında öz bəstəsi olan kompozisiyalar da var. Müğənninin sözlərinə görə, növbəti albomunda da öz bəstələrinə yer verəcək. 5. Ramal. “A-Trio” qrupundan tanıdığımız müğənninin mahnıları öz repertuarından çox, həmkarlarının repertuarını “bəzəyir”. Faiq Ağayev, Röya, Abbas Bağırov, Emil Bədəlov kimi müğənnilərin repertuarındakı ən sevilən mahnıların müəllifi məhz Ramal İsrafilovdur. 6. Rəhim Rəhimli. Rəhim bəstəkar olsa da, daha çox müğənni kimi populyarlıq qazanıb. Elə indi də hər iki fəaliyyətini birlikdə davam etdirir. Sənətə yeni gələn müğənnilərin “vizit kartı” da çox zaman elə Rəhimlinin mahnıları olur. Rəhimin sonuncu işlərindən biri Niyam Salaminin oxuduğu “Subaylıq sultanlıq” mahnısı oldu. 7. Elza Seyidcahan. Əslində bəstəkar olan Elza Seyidcahan müğənni kimi də sevildi. “Həsrət nəğməsi”, “Toy adamları”, “Tapmaca”, “Ağ çiçəyim” kimi mahnılar bəstəkarın sevilən işlərindəndir. 8. Tunar. Azəri qızı Günelin qardaşı mahnılarını ilk olaraq elə bacısına təqdim edir. Özünü ifaçı kimi də sınayan Tunarın Röya üçün yazdığı “Həsrət nəğməsi”, “Yollar”, “Sevgilim”, “Olsun” kimi mahnıları var. Tunarın ən son işlərindən biri türk musiqisinin imperatoru olan İbrahim Tatlısəsin ifa etdiyi “Ölər yarin” mahnısıdır. Bu siyahıya çox müğənnilərin adlarını daxil edə bilərik. “Eurovision” ulduzu Safura Əlizadə və digərlərinin bəstələdikləri mahnılar hit-paradların ilk pillələrində qərarlaşır. Geri qayıt |