Əsas Səhifə > Sosial, Manşet > BAKIDA NAZİRLƏR ARASINDA SİLAHLI TOQQUŞMA

BAKIDA NAZİRLƏR ARASINDA SİLAHLI TOQQUŞMA


17-08-2012, 12:56
BAKIDA NAZİRLƏR ARASINDA SİLAHLI TOQQUŞMA

İKİ NAZİRİN ADAMLARI BİR-BİRİLƏRİ İLƏ PROBLEMİ BU QAYDADA HƏLL EDİB

DİA.AZ: - Artıq hakimiyyətiçi münasibətlərdə silahların həlledici vasitəyə çevrilməsi bir ənənə halını alıb. Neçə-neçə tikinti şirkətinin rəhbəri qətlə etirilib, bu günlərdə isə YAP-çı deputat Hüseynbala Mirələmovun avtoritet qohumu problemini silah gücünə həll etdi və belə görünür ki, silahlar hələ susmayacaq.

DİA.AZ-a hökumət içindəki məlumatlı mənbələrdən daxil olan informasiyadan isə aydın olur ki, bu günlərdə hakimiyyətin ən ağır toplarından hesab olunan iki nazirə yaxın şəxslər Bakıdakı restoranların birində üz-üzə gəliblər və hətta bir-birilərinə silah da çəkiblər.

Mənbəmizin söylədikləri: «Həmin nazirlərin münasibətlərində problem olduğundan onların adamları (hadisədə problemli nazirlərdən birinin qardaşı da iştirak edib -red.) da bir-birilərini həzm edə bilməyiblər. Şou-proqramlı gecədə bir-birilərinə söz atan tərəflər nəhayətdə «razborka» etməli olublar və hətta bu zaman masaya silah da qoyulub».

Mənbəmiz iddia edir ki, ancaq nazirlərdən birinin qardaşının ayıq-sayıqlığı nəticəsində silahlar işə düşməyib: «Nazir qardaşı məsələnin yalnız söhbət müstəvisində çözülməsini bildirib və deyib ki, əks halda, hər iki tərəf ciddi zərbə ala bilər. Bundan sonra tərəflər yenidən görüşmək vədi ilə ayrılşıblar».

Onu da qeyd edək ki, həmin nazirlərin kimlikləri redaksiyamıza tam məlumdur. Sadəcə olaraq dəqiqləşdirmə imkanlarının məhdudluğu hadisənin bu şəkildə çatdırılmasını zəruri edib.

Geri qayıt