Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “QOÇU JURNALİSTLƏR” DƏSTƏ YARADIB
“QOÇU JURNALİSTLƏR” DƏSTƏ YARADIB17-08-2012, 13:30 |
“REKET JURNALİSTLƏR”DƏN YENİ ŞANTAJ ÜSULU “Reket jurnalistika”sında yenilik baş verib. Artıq Bakıda iki yeni belə qrup yaranıb və özlərinə məxsus “jurnalistika” ilə məşğuldurlar. Bu barədə JAM.AZ- məlumat daxil olub. Məlumatda deyilir ki, hətta Mətbuat Şurasının üzvü olmağıda bacaran bir qəzetin baş redaktoru bir neçə orta yaşlı qadını bir araya gətirərək, özünə “biznes” qrup. Qeyd olunur ki, həmin qadınları idarə rəhbərlərinin yanına göndərir, səhəri gün hansısa yolla o idarə rəhbəri ilə qadın işçisinin otaq mühitindən kənarda görüşməsinə nail olur və sonra onların birgə şəkili çəkilir. Şəkil əldə olunandan sonra qadınlara ərizə yazdırılır ki, güya qadına həmin idarə rəhbəri əxlaqsız təklif edib. Bununla da əldə ərizə və şəkillə idarə rəhbəri açıq şəkildə şantaj edilir. Mənbənin sözlərinə görə, artıq Bakı şəhərindəki rayon bələdiyyə sədrlərindən biri belə bir gülməli oyuna salınıb. “Çudo Peçka” mağaza-kafelərindən birində təşkil olunan görüşdən sonra həmin bələdiyyə sədrindən 3 min manta pul tələb olunub. Geri qayıt |