Əsas Səhifə > Dünya > OBAMA İTİNİ QAYNANASINDAN ÜSTÜN TUTDU
OBAMA İTİNİ QAYNANASINDAN ÜSTÜN TUTDU17-08-2012, 13:43 |
ABŞ PREZİDENTİNDƏN QEYRİ-ADİ MÜQAYİSƏ DİA.AZ: - ABŞ prezidenti Barak Hüseyn Obama yenə də heyrətləndirməkdədir. DİA.AZ-ın əcnəbi KİV-lərə istinadən verdiyi xəbərdə qeyd olunur ki, dünyanın ən böyük imperiyasının başında dayanan bu şəxs çərşənbə günü seçkilərlə bağlı etdiyi çıxışında qaynanasını iti ilə müqayisə edib. Məlumatda deyilir ki, Obama «itim Vo qaynanamdan daha xarizmatikdir» şəklində açıqlama verib. Ayova ştatında noyabr seçkiləri ilə bağlı çıxış edən Obama həyat yoldaşından, uşaqlarından, qaynanasından və Vo adlı itindən geniş bəhs edib. Obama deyib ki, arvadı danışmağa başlayanda onu təqib etmək onun üçün çox çətin olur. Ailə sıralamasından danışarkən itini qaynanasından daha irəlidə tutan ABŞ prezidenti bildirib ki, əgər açıq danışmaq lazımdırsa, itim mənə qaynanamdan daha əzizdir. Geri qayıt |