Əsas Səhifə > Güney Press, Araşdırma > OQTAY ŞİRƏLİYEVİN ADAMI İTTİHAM OLUNUR

OQTAY ŞİRƏLİYEVİN ADAMI İTTİHAM OLUNUR


17-08-2012, 13:53
OQTAY ŞİRƏLİYEVİN ADAMI İTTİHAM OLUNUR

BAŞ HƏKİM MƏHKƏMƏ QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının rüşvətxorluqda təqsirləndirilən sabiq baş həkimi Oqtay Salamovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışının vaxtı avqustun 24-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun cinayət işi ilə bağlı yaydığı məlumatda Səhiyyə Nazirliyinin 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi O. Salamovun Bakı şəhər sakinindən Tibbi Sosial Ekspert Komissiyasına göndərişin verilməsi üçün rüşvət tələb etdiyi göstərilib.

Bu il mayın 3-də keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Salamov Oqtay İsgəndər oğlu saxlanılıb. O, Tibbi Sosial Ekspert Komissiyasına 88 nömrəli göndərişin verilməsi üçün xəstəxananın Buzovna qəsəbəsində yerləşən inzibati binasındakı xidməti otağında Bakı şəhər sakinindən 3 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Oqtay Salamovun xidməti otağına baxış keçirilərkən qəzetə bükülmüş 30 ədəd 100 manatlıq əsginaslarla - cəmi 3 min manat məbləğində pul və vətəndaşın adı qeyd olunmuş qeydiyyat kitabçası maddi sübut kimi götürülüb.

Həmin faktlara görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Geri qayıt