Əsas Səhifə > Dünya > SURİYADA VƏZİYYƏT ƏRƏBCƏDİR

SURİYADA VƏZİYYƏT ƏRƏBCƏDİR


28-10-2011, 17:31
SURİYADA VƏZİYYƏT ƏRƏBCƏDİR

İNTERNET VƏ MOBİL RABİTƏ İŞLƏMİR

Kütləvi cümə nümayişlərinin keçirildiyi Suriyada ölkə hakimiyyəti internet və mobil rabitəni kəsib. Trend-in məlumatına görə, bu barədə cümə günü "əl-Ərəbiyyə" telekanalı məlumat verir.

Nümayişçilər beynəlxalq təşkilatlardan ölkə əhalisini müdafiə etməyi və Prezident Əsəd rejiminin istefasını tələb edirlər. Fəalların məlumatına görə, hazırda Suriyanın təhlükəsizlik qüvvələri tərəfindən altı nümayişçi qətlə yetirilib.

Suriyada nümayişlər Milli Keçid Şurası qüvvələri tərəfindən Sirt şəhərində həbs edilməsindən sonra atışma zamanı qətlə yetirilən Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin ölümündən sonra güclənib.

Suriyada hökumət əleyhinə etiraz aksiyaları təqribən yeddi aydır ki, davam edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, indiyə qədər toqquşmalar nəticəsində ölənlərin sayı 3 min nəfəri keçib. Suriya hökuməti isə hər iki tərəfdən 1,5 min nəfərdən çox insanın öldüyünü bildirir.

Ölkə müxalifəti Prezident Bəşşar əl-Əsədin istefasını və siyasi islahatların keçirilməsini tələb edir. ABŞ və Avropa İttifaqı əl-Əsədi istefaya getməyə çağırıb və Suriyaya qarşı sanksiyaların tətbiq edilməsində təkid edirlər.

Oktyabrın 4-də Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Suriyaya qarşı sanksiyaları nəzərdə tutan qətnaməni bloklayıblar. Sənəd, Suriya hakimiyyəti tərəfindən ölkədə müxalifətə təziyiqin davam etdiriləcəyi halda, sanksiyaları nəzərdə tutur.


Geri qayıt