Əsas Səhifə > Sosial, Manşet > ŞOK: SURİYADAKI SOYDAŞLARIMIZ BƏŞƏR ƏSƏDƏ QARŞI

ŞOK: SURİYADAKI SOYDAŞLARIMIZ BƏŞƏR ƏSƏDƏ QARŞI


18-08-2012, 13:08
ŞOK: SURİYADAKI SOYDAŞLARIMIZ BƏŞƏR ƏSƏDƏ QARŞI

TÜRKMƏN ORDUSU YARADAN SOYDAŞLARIMIZ TORPAQLARINI MÜDAFİƏ EDƏCƏK

DİA.AZ: - Suriyada Bəşər Əsədə bağlı Suriya Ordusu ilə Azad Suriya Ordusu arasında toqqquşmaların şiddətləndiyi bir ərəfədə rejimə qarşı savaşmaq, öz kəndlərini qoruma məqsədi ilə qurulan Türkmən Ordusu da hər keçən gün daha da güclənməkdədir.

DİA.AZ-ın bu barədə Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərdən aydın olur ki, türkiyəli gənclərin də qatılaraq dəstək verdiyi Türkmən Ordusu eyni zamanda beynəlxalq təşkilatlardan da silah yardımı gözləməkdədir.

Məlumatda deyilir ki, Suriyanın Laskiyə şəhərinə bağlı kəndlərdə yaşayan türkmənlər öz doğma yurdlarını qorumaları üçün sədaqət andı da içiblər və hətta bildirirlər ki, silah yardımı olarsa, hətta Bəşər Əsədin qoşunlarına qarşı əməliyyatlar da keçirə bilərlər.

Türkmən Ordusunun komandanı Heysəm Tobalca açıqlamasında bildirib ki, kəndlərini, mallarını və namuslarını Bəşər Əsədin əsgərlərindən qorumaq üçün səfərbər olublar: «Çox məhdud imkanlarla Bəşər Əsədin qoşunlarını ata-baba yurdlarımızdan çıxardıq. İnşallah, bir daha bu torpaqlara ayaqları dəyməyəcək. Amma təcili surətdə silah yardımına ehtiyacımız var».

Onu da bildirək ki, Suriyada «türkmən» kimi təqdim olunanların əslində Azərbaycan türkləri olduğu söylənilir və onların arasında böyük hürufi şair Nəsiminin davamçıları da yetərincədir. Bu səbəbdən bu gün Bəşər Əsədə qarşı birləşən Türkmən Ordusunu həm də Azərbaycan Ordusu da adlandırmaq olar.

Və ümid edirik ki, rəsmi Bakı öz ata-baba yurdlarını qoruyan Suriyadakı soydaşlarımıza hər türlü dəstəyi verəcək. Qeyd edək ki, qeyri-rəsmi rəqəmlərə görə, Suriyada 300 mindən artıq Azərbaycan türkü yaşayır.

Geri qayıt