Əsas Səhifə > Güney Press, Araşdırma > İCRA NÜMAYƏNDƏLƏRİNİN ADI QƏTLDƏ HALLANIR
İCRA NÜMAYƏNDƏLƏRİNİN ADI QƏTLDƏ HALLANIR18-08-2012, 14:18 |
AMMA NƏDƏNSƏ ŞAMAXI POLİSİ BU BARƏDƏ SUSUR Dünən-avqustun 16-da Şamaxıda Rəhim Osmanova məxsus ikimərtəbəli evin onun övladları tərəfindən qisasçılıq zəminində yandırıldığı barədə məlumat aldıq. Məlum olur ki, avqustun 16-da, səhər saat 9 radələrində Şamaxıda Rəhim Osmanova məxsus ev yandırılıb. Bu barədə “Təzadlar”a Şamaxıdakı etibarlı mənbədən məlumat verilib. Məlumatda bildirilir ki, hələ bir il əvvəl R.Osmanovun həyat yoldaşı Moskva şəhərində müəmmalı şəraitdə qətlə yetirilmişdi. O vaxt mərhum xanımın ölümündə Rəhim Osmanovun qardaşları Qədir və Soltan Osmanovların adı hallanırmış. Zərərçəkənin atası, Şamaxıda ziyalı ailə kimi tanınan, Ələstan adlı elm adamı dəfələrlə Azərbaycanın hüquq mühafizə orqanlarına bu şübhələrlə şikayətlər verib. Lakin məlum olmayan səbəbdən Şamaxı rayon Prokurorluğunda başlanan istintaq hələ də susmaqdadır və bu barədə redaksiyamıza mənəbəmiz şok məlumatlar verib. Məsələ ondadır ki, avqustun 16-da Rəhim Osmanova məxsus evin yandırılması da onun övladları( oğlu və qızı) tərəfindən edilib: ёBu yanğın uşaqların analarının qisasını almaq məqsədilə etdikləri güman olunur və bu barədə Şamaxıda hamı məlumatlıdır. Uşaqlar evi qəsdən yandırıblar. Təəssüflər olsun ki, uşaqların anaları 1 il əvvəl Moskvada öldürülmüşdü və onların da şübhələri əmilərinin üzərində cəmləşmişdi, lakin ataları Rəhim Osmanov bu qətlin üstünün açılması üçün indiyədək heç bir ciddi cəhdlər etməmişdir. Bu da uşaqların əsəblərini tarıma çəkmişdir…». Qeyd edək ki, adı hallanan Qədir Osmanov Şamaxı RİH başçısının Şəhriyar qəsəbəsi üzrə, Soltan isə RİH başçısının Sabir qəsəbəsi üzrə icra nümayəndələridirlər. Məsələ ilə bağlı redaksiyamıza məlumat verən mənbə Şamaxı Bələdiyyəsinin adından elektron poçtumuza da məlumat göndərib. Ciddi faktların və ittihamların yer aldığı həmin məlumatları dəqiqləşdirməyə səy göstəririk və bu barədə ətraflı bəhs etməyə çalışacağıq. \ Təzadlar \ Geri qayıt |