Əsas Səhifə > Siyasət, Manşet > SPİKER GƏNC DEPUTATLARI BARIŞDIRIB

SPİKER GƏNC DEPUTATLARI BARIŞDIRIB


29-10-2011, 12:12
SPİKER GƏNC DEPUTATLARI BARIŞDIRIB

CEYHUN OSMANLI İLƏ FUAD MURADOV EYNİ TƏDBİRƏ QATILIB

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Azərbaycan Milli Məclisin deputatları Fuad Muradov və Ceyhun Osmanlı arasında insident yaşanıb. Bu barədə yaydığımız məlumatda deyilirdi ki, Gənclərin forumundan sonra parlamentimizin iki gənc deputatı Ceyhun Osmanlı ilə Fuad Muradovun əlbəyaxa olublar.

Gənc deputatların sözləri hələ tədbirdən çəp gəlib: «Doğrudur, onlar protokola uyğun olaraq tədbirdə yanaşı, oturmuşdular. Amma aralarının sərin olduğu hər kəsə məlumdur. Hətta tədbir boyunca deputatlar bir-birilərinə söz də atıblar. Nəhayətdə Ceyhunun dediyi söz Fuada xoş gəlməyib».

Mənbə bildirir ki, tədbir qurtarar-qurtarmaz Ceyhun Osmanlını kənara çay içməyə dəvət edən Fuad Muradov, ona Milli Parkın ərazisindəki çayxanaların birində ağır sözlər dedikdən sonra, hətta bir şillə də çəkib.

İndi isə hər iki deputatın səsi Almaniyadan - Berlində keçirilən “Təhsil: perspektivlər, müvəffəqiyyətlər” adlı konfransdan gəlir. Məlum olur ki, gənc deputatlar konfransa qatılıblar.

Səfərlərinin oktyabrın 31-də başa çatacağı söylənilən gənc deputatların almaniyaya birgə şəkildə heç də könüllü getmədikləri məlum olur. Bu barədə “Dünya” İnformasiya Agentliyi redaksiyasını (dia-az.life) məlumatlandıran parlamentdəki mənbə bildiri ki, əlbəyaxa dava hakimiyyətin üst dairələrində qəzəblə qarşılanıb: “Xüsusən də Milli Məclisin sədri Oqtay Əsədov buna əsəbiləşib. Və Fuadla Ceyhunun eyni tədbirə göndərilməsi ideyası da sırf olaraq spikerə aiddir. Düşünülür ki, onlar bu tədbirlə münasibətlərini tam olaraq yoluna qoyacaqlar”.


Geri qayıt