Əsas Səhifə > Partiya > FAZİL MUSTAFADAN HAKİMİYYƏTƏ İTTİHAM
FAZİL MUSTAFADAN HAKİMİYYƏTƏ İTTİHAM23-08-2012, 15:58 |
“ELÇİBƏYDƏN SONRA HAKİMİYYƏTDƏ DEMOKRAT OLMAYIB” Keçmiş prezident Əbülfəz Elçibəy dövləti demokratik idarəetmə nümunəsi yaradıb, ona qədər də, ondan sonra da belə bir örnək olmayıb. Bu barədə Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa obyektiv.tv-yə müsahibəsində bildirib. Bəzilərindən fərqli olaraq, Elçibəy mənşəyindən, doğum yerindən və siyasi mövqeyindən asılı olmayaraq, hər bir azərbaycanlıya ağlına və vicdanına görə qiymət verirdi. O, azərbaycanlıları əlifba, dil, ədəbiyyat və tarix daxil olmaqla, vahid mədəni matrisanın daşıyıcıları olaraq görmək istəyirdi, deyə 90-cı illərin əvvəllərində Elçibəyin siyasi məsələlər üzrə müşaviri olmuş Fazil Mustafa qeyd edib. Xarici siyasi münasibətlərin Elçibəy modeli 1993-cü ildə müvəffəqiyyətsizliyə uğradı və bugünki tarazlaşdırılmış siyasət qonşu ölkələrin, güclü geosiyasi oyunçuların maraqları nəzərə alınaraq hazırlanıb. Bu siyasət, nə qədər parlaq olsa da, ideallar naminə millətin gələcəyini riskə atmağın mümkün olmadığına əsaslanıb, deyə Mustafa bildirib. Milli özünüdərkə əsaslanan ümumxalq hərəkatı qəsdən dağıdılıb ki, ikinci eşelon siyasətçilər həyata keçirə bilmədikləri ambisiyalarını təmin etsinlər. Təəssüf ki, özlərini Elçibəyin varisi hesab edən partiya rəhbərləri öz “yeparxiyalarında” avtoritar idarəetmə metodlarından istifadə edirlər. Mustafa öz partiyasını AXCP bəhrəsinə aid etmir və milli hərəkatı professor Xudu Məmmədovun və şair Bəxtiyar Vahabzadənin ideyalarına yaxın olan “ata evi” hesab edir. O, 2013-cü ildə prezidentliyə namizədliyini irəli sürmək (partiya rəhbərliyinin razılığı olarsa) və hakimiyyətə gələrək “əvvəlki rəhbərliyin yol verdiyi səhvləri düzəltmək” niyyətindədir. O hesab edir ki, Elçibəyin siyasi və demokratik ideallarından uzaqlaşmış müxalifət islahatlar həyata keçirmək iqtidarında deyil. Bunu siyasi taktikadan uzaq, ümuminsani dəyərlərin, sahibkarlıq azadlığına cəhdlərin, insan hüquqlarına hörmətin özünə mənən yaxın hiss edən yetişməkdə olan təbəqə edəcək. O, partiyalardan birinin rəhbərinin Elçibəyin ölümü ərəfəsində onun Xalq Cəbhəsi Partiyasının sədri tərəfindən zəhərləndiyi barədə bəyanatını müxalifət xadimlərinin siyasi qərəzliliyinə nümunə hesab edir. Bu, şərəfsizlikdir və cəmiyyətin hakimiyyətin siyasi rəqibi kimi guya xalq hərəkatının liderini zəhərləyən ikinci dərəcəli insanı görməsinə yönəlib. Əslində isə hakimiyyətin real alternativi digər iki siyasətçi – Müsavat lideri İsa Qəmbər və parlamentin keçmiş spikeri Rəsul Quliyevdir, Fazil Mustafayev belə hesab edir. Elçibəyin xəstəliyi Ordubad rayonunun yüksək dağlıq ərazidə yerləşən Kələki kəndinə sürgün edildiyi zaman güclənib. Ərzaq, odun və bir çox başqa şeylər çatışmırdı. Bütün gələn maşınlar yoxlanılırdı, Elçibəyə isə Türkiyəyə getmək qadağan edilmişdi. Bu şərait öz mənfi rolunu oynadı. Lakin hakimiyyət Elçibəyin ağır xəstə olduğunu öyrəndikdən sonra maliyyə yardımı təklif etdi, o isə bu təklifi rədd etdi. O təklifi qəbul etsəydi, Avropa və ya ABŞ-a müalicəyə gedə bilərdi. Lakin həmin vaxt Heydər Əliyev və Elçibəy arasında qarşıdurmanın ən qızğın vaxtı idi, deyə Mustafa bildirib. O, həmçinin qeyd edib ki, vaxtilə Heydər Əliyevlə danışıqlarda vasitəçi olub. Bu, Azərbaycanın müstəqilliyi uğrunda müharibə apardığı çətin vaxtlarda taktiki həll yollarının axtarışı idi. “Vaxt gələcək, ictimaiyyətə çox maraqlı tarixi materiallar təqdim edəcəyəm”, deyə o əlavə edib. Geri qayıt |