Əsas Səhifə > Sosial, Manşet > RAMİZ MEHDİYEVİN ADAMI MƏMURLARI TALAYIR

RAMİZ MEHDİYEVİN ADAMI MƏMURLARI TALAYIR


23-08-2012, 16:11
RAMİZ MEHDİYEVİN ADAMI MƏMURLARI TALAYIR\

«SƏDƏRƏK YUSİF»İN OĞLU MƏMURLARI HANSI ÜSULLA QABIQDAN ÇIXARIR?

DİA.AZ: - Sən demə, hakimiyyətin də öz üsulları var imiş. Xüsusən də məmurların dərisinin soyulması, onların xalqdan taladıqları pullarının «yuxarılar» tərəfindən ələ keçirilməsi üçün. Hər halda, redaksiyamıza daxil olan məlumatlar da bu metodlardan biri ilə bağlıdır.

Hakimiyyət içindəki bilgili qaynaqlardan DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, bu gün qəzetlərin və ayrı-ayrı xəbər portallarının məmurlar barəsində yazması, onları hədəfə çevirməsi iqtidar daxilindəki müəyyən bir qruplaşma üçün əməlli-başlı gəlir yeri imiş.

Bu barədə danışan mənbə iddia edir ki, hansı məmur mətbuat tərəfindən ardıcıl olaraq «vurulursa», onu «yuxarıdakı» məngənə dərhal hədəfə alır və həmin məmur ta qabıqdan çıxana qədər onu «soyurlar».

Mənbəmizin söylədikləri: «Buna görə də iriliyindən-xırdalığından asılı olmayaraq, hansısa məmur barəsində yazılırsa, onun birbaşa olaraq Prezident Administrasiyasında qərarlaşan «stanok» tərəfindən nişangaha çevriləcəyi şübhəsizdir».

Mənbəmiz iddia edir ki, Əli Həsənovun rəhbərlik etdiyi və Prezident Administrasiyasının bu gün «vuran əli» hesab olunan ictimai-siyasi şöbədə bu məqsədlə konkret bir qrup məşğul olmaqdadır: «Həmin dəstəyə ictimai-siyasi şöbənin sektor müdiri vəzifəsini tutan Vüqar Qədimov rəhbərlik edir».

Məlumat üçün bildirək ki, Vüqar Qədimov camaat arasında «Sədərək Yusif» kimi tanınan «Sədərək» Ticarət Mərkəzinin sahibi, iş adamı Yusif Qədimovun oğludur. Əslində Yusif Qədimov adıkeçən ticarət mərkəzinə rəhbərlik etməkdənsə, onun üzdə olan patronu funksiyasını həyata keçirir və bu TM birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məxsusdur. Ki, bu fakt da əksəriyyətə məlumdur.

Mənbəmiz iddia edir ki, Yusif Qədimovun oğlunun nəzarəti altında barəsində mətbuatda yazılan məmur PA-ya dəvət edilir və ona konkret olaraq haqq qoyulur: «Həmin məmur da məcburdur ki, PA-nın yetkilisi tərəfindən qoyulan haqqı ödəsin. Əks halda, prezidentə onunla bağlı mənfi bir hesabat təqdim oluna bilər ki, bu da yekunda həmin məmurun sonunun çatması deməkdir».

Əslində bütün bu proseslərin PA-nın rəhbərliyinin nəzarəti altında həyata keçdiyini bildirən mənbəmiz onu da vurğuladı ki, artıq Vüqar Qədimov xırda və orta ranqlı məmurların qorxulu röyasına da çevrilib…

Geri qayıt