Əsas Səhifə > Dünya > SURİYA MÜXALİFƏTİNİN ŞEYTAN PLANI
SURİYA MÜXALİFƏTİNİN ŞEYTAN PLANI23-08-2012, 16:26 |
BƏŞƏR ƏSƏDİN RƏQİBLƏRİ AYDAN ARI DEYİLMİŞ DİA.AZ: - Suriyanın Hələb şəhərində olan «Nyu York Tayms» qəzetinin müxbiri Bəşər Əsədə müxalif olanların yol verdiyi müharibə cinayətlərini ortaya çıxarıb. Bu barədə DİA.AZ xarici mətbuata istinadən xəbər verir. Məlumatda deyilir ki, amerikalı jurnalistin ələ keçirdiyi görüntülərdən belə aydın olur ki, Hələbdə dəyişdiriləcəyi söylənilən Bəşər Əsəd yanlısı olan bir əsir əsgərdən müxaliflər tərəfindən «intihar kommandosu» kimi istifadə olunub. Jurnalist öyrənib ki, Suriya müxalifətinə bağlı olan Tevhid batalyonu adlı hərbi birləşmə Əbu Xəlil adlı rəsmi Dəməşq tərəfdarından bu qaydada istifadə ediblər. Belə ki, müxaliflər Əbu Xəlilin gözünü bağlayaraq onu yük maşınına oturdublar və ona bildiriblər ki, maşını düz istiqamtdə sürsün və o, mənzil başına çatanda onu dəyişdirəcəklər. Amma əslində Əbü Xəlilin mindiyi maşın partlayıcı dolu olub. Sadəcə olaraq, mənzil başına çatanda müxaliflərin uzaqdan idarə olunan partlayıcıları işə düşməyib. İstənilən halda, Əbü Xəlilin hətta Bəşər Əsəd yanlısı olduğu şəraitdə belə müxaliflərin bu əməli müharibə cinayəti kimi dəyərləndirilib. Geri qayıt |