Əsas Səhifə > Dünya > TEHRANDA ANTİTERROR ÖNLƏMƏSİ

TEHRANDA ANTİTERROR ÖNLƏMƏSİ


23-08-2012, 16:32
TEHRANDA ANTİTERROR ÖNLƏMƏSİ

FARS-MOLLA REJİMİ TƏDBİR TƏDARÜKÜNDƏDİR

Tehranda keçiriləcək Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin rəhbərlərinin iclası ilə əlaqədar güclü təhlükəsizlik tədbirləri görülüb. Ölkənin sərhədlərindən başlayaraq, Tehran və iclasın keçiriləcəyi yerə qədər müxtəlif təhlükəsizlik tədbirləri görülüb. Bunu İran polisinin rəis müavini Əhmədrza Radan deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Radan deyib ki, iclasın keçirildiyi yer və Tehran şəhəri üçün dördqat təhlükəsizlik tədbirləri görülüb. Bütün polis qüvvələri və təhlükəsizlik orqanları 100 faizlik hazırlıq vəziyyətində işləyəcəklər.

Onun sözlərinə görə, Tehranda bəzi yollar bağlanacaq, bəzi küçələrə isə giriş məhdudlaşdırılcaq.

Bitərəf Dövlətlər Hərakatına üzv ölkələrin iclası ilə əlaqədar avqustun 28-dən sentyabrın 1-dək paytaxt Tehranda bütün dövlət idarələri və təşkilatlarda qeyri-iş günü olacaq.

Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI sammiti avqustun 28-29-da Tehranda keçiriləcək. Bitərəf Dövlətlər Hərəkatı formal olaraq heç bir bloka aid olmadığını elan etmiş 118 dövlətin daxil olduğu beynəlxalq təşkilatdır. Onun yaradılması ideyası 1955-ci ildə Bandonq (İndoneziya) konfransında irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda "Bitərəf Dövlətlər Hərəkatı"nın yaradıldığı elan olunub.

Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin başçıları səviyyəsində 14 sammit keçirilib. Üzv ölkələrin dövlət başçılarının 15-ci sammiti 2009-cu il iyulun 11-dən 16-dək Misirdə keçirilib. Bu hərəkatın üzv olan ölkələrin 53-ü Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası və 1-i Avropada yerləşir.

Geri qayıt