Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİLƏR METRODA…

MÜĞƏNNİLƏR METRODA…


23-08-2012, 16:36
MÜĞƏNNİLƏR METRODA…

ONLAR SONUNSU DƏFƏ NƏ VAXT İN-DƏN İSTİFADƏ EDİBLƏR?

İndi yerli şou-biznes ulduzları bahalı avtomobillərinə görə bir-birləri ilə yarışa giriblər.

Day.Az saytı xəbər verir ki, onlar da nə vaxtsa avtobuslarda, metroda gəziblər.

Day.Az saytı müğənnilərə: "Sonuncu dəfə nə vaxt ictimai nəqliyyatdan istifadə etmisiniz?" sualı ilə müraciət edib.

Faytonçu Nazim deyib ki, sonuncu dəfə nə vaxt avtobusdan istifadə etdiyini xatırlamır, lakin 4 il öncə güclü qar yağanda metro ilə gedib. Çünki həmin vaxt heç taksi də işləmirdi: "Canlı efirə tələsirdim, gecikə bilməzdim".

Nüşabə Ələsgərli isə axırıncı dəfə 1991-ci ildə avtobusdan istifadə edib.

İzzət Bağırov Yeni Günəşlidə yaşayanda və Bülbül adına məktəbdə oxuyanda metrodan istifadə edib. 8-ci sinifdə oxuyanda isə avtomobil alıb və o vaxtdan ictimai nəqliyyatdan istifadə etməyib.

Prodüser Tolik ötən il avtobusdan istifadə edib. Azneft meydanından "Sahil" metrosu tərəfə gedib.

Namiq Qaraçuxurlu əvvəllər toylara avtobusda gedirdi. İndi isə sonuncu dəfə nə vaxt avtobusa mindiyini xatırlamır. Metrodan isə məktəb illərində istifadə edib.

Vasif Məhərrəmli sonuncu dəfə 1994-cü ildə metrodan istifadə edib. Avtobusa isə nadir hallarda minir. Uzaq məsafələrə isə qatarla gedir.

Fuad Əlişov ötən il metroda olub. Şəhərdə dəhşətli tıxaclar olduğuna görə "Azadlıq prospekti"ndən "Memar Əcəmi"yə metro ilə gedib. Avtobusdan isə 10 ilə yaxındır ki, istifadə etmir.

Brilliant Dadaşova məktəb və institut illərində metrodan istifadə edib. Tələbəlik illərində "VAZ 2106" avtomobili alıb və instituta onunla gedib.

Almaz Ələsgərova 1996-cı ilə qədər avtobus və metrodan istifadə edib. Sonra isə özünə avtomobil alıb.

Geri qayıt