Əsas Səhifə > Sosial, Manşet > MASALLIDA DYP ŞEFİ POSTU UĞRUNDA DAVA

MASALLIDA DYP ŞEFİ POSTU UĞRUNDA DAVA


24-08-2012, 11:28
MASALLIDA DYP ŞEFİ POSTU UĞRUNDA DAVA

AFƏT MİRZƏYEVİN İŞÇİLƏRİ NƏDƏN SÜRÜCÜ GÖRƏN KİMİ POQON SÖKÜRLƏR?

DİA.AZ: - Masallıda sürücülərin şikayət etmədiyi yer qalmayıb. Səbəb isə rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi olmaq istəyən Afət Mirzəyevin işçilərinə verdiyi tapşırıqdır. Rayondakı qaynaqlardan DİA.AZ-a ötürülən məlumata görə, bölmənin keçmiş rəisi Ağalar Ağalarov iki ay öncə məzuniyyətə, daha sonra isə təqaüdə göndərilib. Onun yerinə gəlmək istəyən Afət Mirzəyev isə rayonda yeni qaydalar qoyub.

Məlumat verən şəxs bildirir ki, Afət Mirzəyev DYP bölməsinin rəisi olmaq üçün bir-neçə maneələrlə üzləşib. Həmin maneələrdən ən başlıcası isə Masallı rayon Polis Şöbəsinin rəisini «görmək»dir. Xəbərdə deyilir ki, Mirzəyev rəis Əkbər Yusibov bir neçə görüşüblər. Amma Yusibov Mirəzyevin diqqətinə çatdırıb ki, «özünü bir az düzəltsin» sonra isə bu məsələni asanlıqla həll edə bilərlər.

Nəzərinizə çatdıraq ki, Afət Mirzəyev də bu səbəbdən öz əməkdaşlarını sürücülərlə «müharibəyə» göndərib. Rayondan verilən məlumatlara görə, DYP əməkdaşları Masallıda sürücüləri saxladıqdan sonra onlardan açıq şəkildə pul tələb edirlər. Sürücü pul verməkdən imtina etdikdə isə polis işçisi paqonlarını qopararaq yerə atır və bunu sənədləşdirərək şöbəyə göndərir. Məlumatlara görə, son iki həftənin içində Masallıda 8 belə «hadisə» baş verib və hamısı ilə də bağlı istintaq araşdırması aparılır.

Afət Mirzəyevin müəyyənləşdirdiyi «qayda»lar isə olduqca maraqlıdır. Məsələn, o, sürücü vəsiqəsi olmadan maşını idarə edən şəxsdən 200 manat alaraq, «çirkli nömrə» adı ilə protokolu sənədləşdirir. Və ya DYP əməkdaşlarının saxladığı hər bir maşın 10 manat verməzsə, buraxılması mümkün deyil. DYP bölməsinə rəis gəlmək istəyən şəxs isə işçilərinə tapışırb ki, nə edirlərsə etsinlər, təki onu rəis keçməsinə imkan yaratsınlar.

Bununla bağlı əlimizdə xeyli sayda şikayətlər var. Onları yaxın günlərdə açıqlayacağıq.

Xatırladaq ki, Afət Mirzəyevin adı başqa bir məsələdə də hallanmışdı. Bir müddət əvvəl mətbuatda məlumat yayılmışdı ki, sözügedən şəxs Texniki Baxış Şöbəsinə rəis gəlmək üçün 40 min manat pul veribmiş.

Geri qayıt