Əsas Səhifə > Dünya > STALİNİN NƏVƏSİ BABASINI QORUMAĞA QALXDI

STALİNİN NƏVƏSİ BABASINI QORUMAĞA QALXDI


29-10-2011, 12:57
STALİNİN NƏVƏSİ BABASINI QORUMAĞA QALXDI

YEVGENİ STALİN POSNERƏ QARŞI

SSRİ-nin sabiq rəhbəri İosif Stalinin nəvəsi Yevgeni Rusiyanın “Birinci kanal”ı və teleaparıcı Vladimir Pozneri məhkəməyə verib. Məlumata görə, teleaparıcı Vladimir Pozner verilişdə Stalinin Xatın meşəsində polyak zabitlərinin öldürülməsində əlinin olduğunu bildirib. Stalinin nəvəsi “Birinci kanal”ın 1939-cu ildə bir neçə polyak zabitin güllələnməsinə İosif Stalinin əmr verdiyi ilə bağlı səslənən iddianın təkzib edilməsini istəyir.

Qeyd edək ki, Vlkadimir Poznor oktyabrın 24-də “Birinci kanal”ın efirində yayımlanan müəllif verilişində İosif Stalinin “Xatın faciəsi”ndə əlinin olduğunu bildirmişdi. “Birinci kanal” və Vladimir Pozner özü hələ ki, Stalinin nəvəsinin iddiasına reaksiya verməyib.

Xatırladaq ki, SSRİ 1990-cı ilədək “Xatın faciəsi”nin məsuliyyətini Faşist Almaniyasının üzərinə atırdı. Ancaq “NKVD”nin sənədləri araşdırıldıqdan sonra SSRİ-nin ərazisində 20 mindən çox polyak zabit və əsgərlərin öldürüldüyü müəyyənləşdirilmişdi.

Geri qayıt