Əsas Səhifə > Güney Press, Araşdırma > ŞOK! AZƏRBAYCANIN 3 FUTBOL KLUBU DAĞILDI
ŞOK! AZƏRBAYCANIN 3 FUTBOL KLUBU DAĞILDI24-08-2012, 12:47 |
ONLARDAN 2-Sİ VAXTİLƏ UEFA-DA OYNAYIB Əvvəllər Azərbaycan Premyer Liqasında çıxış etmiş 3 futbol klubu dağılıb. Lent.az-ın məlumatına görə, Yevlax “Karvan”ı, İmişli “MKT Araz”ı və Salyan “Muğan”ı indi hətta I divizionda da oynamaqdan imtina edib. “Karvan” və “MKT Araz” vaxtilə milli çempionatda mükafatçılar sırasına düşərək, ölkəmizi hazırda mövcud olmayan UEFA Kubokunda təmsil edib. Yevlax təmsilçisi bu turnirdə ilk dəfə mərhələ adlayan komandamız kimi tarixə düşüb. “Muğan” isə 2 mövsüm öncə Premyer Liqada ilk “6-lıq” uğrunda mübarizə aparıb. Amma ötən mövsüm bu komanda I divizionda oynamağa başlayıb. Klubun sponsorları elitaya vəsiqə qazanmış Bakının “Rəvan” klubuna dəstək olmağı qərara alıb. Ötən mövsüm I divizionda 14 klub çıxış etdiyi halda, bu mövsüm onların sayı 13-ə enib. Dağılan klubların əvəzinə 2 yenisi – “Ağsu” və “Qala” çempionatda iştirak edəcək. Beləliklə, avqustun 24-də keçiriləcək I divizionda yeni mövsümün püşkatma mərasiminə bu komandalar qatılacaq: “Qaradağ Lökbatan” (Bakı), “Neftçala”, “Şahdağ” (Qusar), “Bakılı”, “Lokomotiv” (Bakı), “Şəmkir”, “Tərəqqi” (Gəncə), “Şuşa”, “Energetik” (Mingəçevir), MOİK (Bakı), “Göyəzən” (Qazax), “Ağsu”, “Qala” (Bakı). Geri qayıt |