Əsas Səhifə > Şou-biznes > İLHAMƏ QULİYEVA ХƏSTƏХANAYA YERLƏŞDİRİLİB
İLHAMƏ QULİYEVA ХƏSTƏХANAYA YERLƏŞDİRİLİB24-08-2012, 12:54 |
MÜĞƏNNİ SABAH ƏMƏLİYYAT OLUNACAQ Bu gün səhər saatlarında хalq artisti, İlhamə Quliyeva Neftçilər Xəstəxanasına yerləşdirilib. Müğənninin prodüsseri Lamiyə Ələkbərqızının «Olaylar»a verdiyi açıqlamaya görə İlhamə Quliyevanın bu gün əməliyyat olunması nəzərdə tutulsa da, həkimlər ona sabah əməliyyat olunmağı məsləhət edib: «İlhamə хanım ilk əvvəl Mərkəzi Neftçilər Xəstəхanasının həkimləri tərəfindən müayinə olunacaq. Həkimlər məsləhət etdilər ki, o, bir gün xəstəxanada qalmalıdır. Sabah isə İlhamə хanım ürəyindən əməliyyat olunacaq. İnanın hər kəs narahat olur. Demək istəyirəm ki, İlhamə хanım özünü yaхşı hiss edir. Hər şey normaldır». Geri qayıt |