Əsas Səhifə > Partiya > HƏBSXANADA ÖLƏN İSLAMÇI ANILIB
HƏBSXANADA ÖLƏN İSLAMÇI ANILIB24-08-2012, 13:49 |
AİP SƏDRİNİN MƏRHUM MÜVİNİNƏ 40 MƏRASİMİ VERİLİB Minlərlə insan küçələrə çıxaraq Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Vaqif Abdullayevin xatirəsini yad edib. SalamNews-un “Mathaba”a istinadən verdiyi məlumata görə, avqustun 22-də Vaqif Abdullayevin vəfatının 40-cı günündə müsəlman icması mərhumun dəfn olunduğu qəbiristanadək yürüş keçiriblər. Bildirək ki, Vaqif Abdullayevin digər 6 AİP üzvü ilə birgə dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlamaq və terror maddələri ilə ittiham olunanaq 2011-ci ilin yanvar ayında həbs olunub. O, oktyabrda 11 il həbs cəzasına məhkum olunub. Astma ilə əlaqədar səhhəti pisləşən AİP sədrinin müavini iyulun 12-də ürək tutmasından həbsxanada vəfat edib. Dəfn mərasimində çıxış edən DEVAMM sədri İlqar İbrahimoğlu Azərbaycanda İsrail sxeminə uyğun olaraq, müsəlmanlara göstərilən təzyiqdən söz açıb. O, 2006-cı ilə İsrailin Livana qarşı 33 günlük müharibəsi zamanı Azərbaycan xalqının fələstinli və livanlı əhaliyə dəstək verməsindən narahat olan sionist liderlərdə ölkəmizdə mövcud İslam əhval-ruhiyyəsini boğmaq həvəsi oyatdığını deyib. İslam Partiyasının digər üzvü Füzuli Novruzov isə, ötən həftə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı islah müəssisəsində ürək çatışmazlığından vəfat edib. Bildirək ki, Füzuli Novruzov da analoji maddələrlə həbs edilib. AİP sədr müavininin vəfatı faktı ilə istintaqa başlanılıb. Rəsmi qurumlar məsələ ilə bağlı şərh verməyiblər. Geri qayıt |