Əsas Səhifə > Güney Press, Üçüncü sektor > TURANIN RƏSMİ BAYRAĞI BƏLLİ OLDU

TURANIN RƏSMİ BAYRAĞI BƏLLİ OLDU


25-08-2012, 12:03
TURANIN RƏSMİ BAYRAĞI BƏLLİ OLDU

BU BAYRAQ DÖVLƏT BAYRAQLARI İLƏ BİRGƏ DALĞALANACAQ

Türk dövlətləri vahid bayraq qəbul ediblər. ANS PRESS bildirir ki, Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin (Türk Birliyinin) bayrağı qəbul edilib.

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun sözlərinə görə, vahid bayraq üçün 4 dövlətin bayrağının hər birindən bir element götürülüb: Günəş Qırğızıstanın, ulduz Azərbaycanın, aypara Türkiyənin, rəng isə Qazaxıstanın bayrağından götürülüb.

“Biz birlikdə böyük uğurlar qazana bilərik. Yeni bayrağımız Avropa Birliyinin bayrağına bənzəyəcək və bütün respublikalar üçün milli bayraqla yanaşı məcburi olacaq”,- deyə nazir bildirib.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı isə söyləyib ki, Türkdilli Dövlətlərin Mədəni İrsi Fondu və baş ofisin Bakıda yerləşməsi planlaşdırılır. “Bundan başqa, Astanada Türk Akademiyasının yanında Türkdilli Dövlətlər Muzeyi yaradılacaq. Bu məsələ ilə bağlı ümumi anlaşma var”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bişkekdə Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin zirvə toplantısında Birliyin maliyyə qaydaları üzrə saziş, Türk Akademiyasının yararadılması ilə bağlı saziş, həmçinin Türk Mədəniyyətin və Türk İrsinə Dəstək Fondunun yaradılması barədə də saziş bağlanıb. Həmçinin Bişkek bəyannaməsi də imzalanıb.

Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin növbəti zirvə toplantısı 2013-cü ildə Bakıda keçiriləcək.

Geri qayıt