Əsas Səhifə > Güney Press, Araşdırma > ƏRAKÇİ NECƏ GƏLMİŞDİ, ELƏ DƏ GETDİ

ƏRAKÇİ NECƏ GƏLMİŞDİ, ELƏ DƏ GETDİ


25-08-2012, 12:22
ƏRAKÇİ NECƏ GƏLMİŞDİ, ELƏ DƏ GETDİ

İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ HEÇ NƏ DƏYİŞMƏDİ

İranın xarici işlər nazirinin müavini Seyid Abbas Ərakçının cümə günü Bakıda apardığı danışıqların yekunlarına əsasən demək olar ki, son vaxtlar ikitərəfli münasibətlərdə yaranmış gərginlik aradan qaldırılmayıb. Əksinə, ikitərəfli münasibətlərdə qarşıdurmanın artacağını gözləmək olar.

Azərbaycan jurnalistlərinin məhdud dairəsi üçün təşkil olunmuş mətbuat konfransında Ərakçı öz ölkəsində həbs olunmuş iki azərbaycanlı şair Fərid Hüseyn və Şəhriyar Hacızadənin işi ilə bağlı İranın sərt mövqeyini nümayiş etdirib. O bildirib ki, ədiblər “qanunsuz hərəkətlər” törədiblər və buna görə də məhkəmə qarşısında cavab verməlidirlər.

Şairlərin qanunsuz hərəkətlərinin nə ilə əlaqədar olması barədə ANS telekanalının sualının cavabında iranlı diplomat deyib ki, “onlar poeziya festivalına dəvət olunsalar da, hər yerdə olublar, oradan başqa”.

Bundan əlavə, Ərakçının dediklərinə görə, o bu barədə Bakı danışıqlarında məlumat verib və Azərbaycan tərəfi şairlərin “qanunsuz hərəkətlərini etiraf edib”.

Ərakçı bildirib ki, səfər zamanı Azərbaycan prezidentini Qoşulmamaq Hərəkatı iştirakçısı ölkələri liderlərinin sammitinə bir daha dəvət edib, lakin Azərbaycan tərəfinin bunu qəbul edib etmədiyini dəqiqləşdirməyib. O qeyd edib ki, İ.Əliyevin səfəri ikitərəfli münasibətlərdə dönüş anı ola bilər və Azərbaycan-İran əlaqələrində “bəzi anlaşılmazlıqları” aradan qaldırar.

Geri qayıt