Əsas Səhifə > Sosial, Manşet > NAZİM İSMAYILOV QARABAĞ ƏLİLİNİN HAQQINI YEYİR

NAZİM İSMAYILOV QARABAĞ ƏLİLİNİN HAQQINI YEYİR


25-08-2012, 12:31
NAZİM İSMAYILOV QARABAĞ ƏLİLİNİN HAQQINI YEYİR

KƏMALƏDDİN HEYDƏROVUN GÖSTƏRİŞİ İLƏ ARAŞDIRMA APARILIB VƏ...

DİA.AZ: - Redaksiyamıza Kür daşqınlarından ziyan çəkən Sabirabad rayonunun Bala Həşimxanlı kəndinin sakini, sinəsindən güllə yarası almış Qarabağ əlili Rəfael Pənciyev şikayət məktubu ilə müraciət edib. DİA.AZ-a ünvanladığı şiakyətində Qarabağ əlili yerli icra orqanlarını ona diqqət göstərməməkdə ittiham edib.

R.Pənciyev açıqlamasında bildirib ki, ailə üzvləri ilə birlikdə qəzalı vəziyyətdə olan evdə yaşayır. Onun sözlərinə görə 2010-cu ildə məlum daşqınlardan sonra onun da evinə ciddi ziyan dəyib, amma buna baxmayaraq hələ də ona heç bir köməklik göstərilməyib.

Onun dediyinə görə, yaşadığı kənddə imkanlılara ev tikilir, kompensasiya verilir, ancaq kasıb olduqlarına görə ona və Qarabağda bir gözünü itirmiş qardasına heç bir qayğı göstərilmir: "Bu problemlə bağlı iki dəfə fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin, bir dəfə isə Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi, general Elşad Hüseynov qəbulunda olmuşam. Amma bu günə kimi mənə heç bir köməklik edilməyib. Dövlətdən narazılığım yoxdur. Hesab edirəm ki, mənə qarşı bu problemi yerli icra orqanları yaradır. Əgər onlar istəsələr, mənə köməklik edə bilərlər. Amma etmirlər. Dəfələrlə yerli və rayon səviyyəli məmurlara müraciət etsək də, heç bir nəticəsi olmayıb".

NAZİM İSMAYILOV QARABAĞ ƏLİLİNİN HAQQINI YEYİR

Onu da bildirək ki, Sabirabaddakı qaynaqlar icra başçısı Nazim İsmayılovun rayonda sel dağşqınlarının yaratdığı fəsadların aradan qaldırılması üçün ayrılan vəsaiti mənimsədiyini iddia edirlər. Bu barədə danışan mənbənin sözlərinə görə, hətta məsələ ilə əlaqədar FHN şefi Kəmaləddin Heydərov özünün yerdəki nümayəndəsinin fəaliyyətinin araşdırılması üçün göstəriş də veribmiş: “FHN-nin araşdırmaları nəticəsində də müəyyən olunub ki, problem icra hakimiyyətindən qaynaqlanır. Yəni ayrılan pullar Nazim İsmayılovun məngənəsində ilişib qalıb”.

Geri qayıt