Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QHT ALYANSINDA RƏHBƏR DƏYİŞDİ

QHT ALYANSINDA RƏHBƏR DƏYİŞDİ


25-08-2012, 12:35
QHT ALYANSINDA RƏHBƏR DƏYİŞDİ

XANOĞLAN ƏHMƏDOV ŞURAYA HESABAT VERİB

DİA.AZ: - QHT Əməkdaşlıq Alyansının növbəti Şura iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə edilib, o cümlədən yeni üzvlərin qəbuluna baxılıb. Alyansın koordinatoru Xanoğlan Əhmədov ötən iki ay ərzində görülən işlərlə bağlı Şuraya məlumat verib. Alyansın koordinatorunun 2 aylıq fəaliyyəti Şura tətrfindən qənaətbəxş hesab edilib. Daha sonra növbəti müddətə Alyansın yeni koordinatoru seçilib. Şura üzvü Nailə İsmayılovanın namizədliyi irəli sürülüb və səs çoxluğu ilə Nailə İsmayılova növbəti müddətə koordinator seçilib.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Alyansa üzvlük məsələsi müzakirə edilib. İcra Katibliyinin rəhbəri Rəfail Becanov Şuraya təqdim etdiyi məlumatda bildirib ki, katibliyə üzvlüklə bağlı 20-dən çox müraciət daxil olsa da, vaxt azlığından yalnız onlardan 3-nün sənədləri hazırlanıb. Belə ki, “İnnovativ Təşəbbüslər” İctimai Birliyi (sədr Əşrəf Əhmədov), “Avropa Qəzetçilərinin Dostları” İctimai Birliyi (sədr Afaq Fərzəlibəyova) və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin (sədr Tahir Xudiyev) sənədləri tam hazırdır və onların müraciətlərinə baxıla bilər. Təqdimatdan sonra təşkilat rəhbərləri öz təşkilatları haqqında Şuraya məlumat veriblər. Müzakirələrdən sonra hər üç təşkilatın müraciəti müsbət dəyərləndirilib və səsə çoxluğu ilə Alyans üzvlüyünə qəbul ediliblər. Növbəti müzakirə isə İcra Katibliyinin reqlamentində dəyişikliklər edilməsi ilə bağlı olub.

Şuranın qərarı ilə katibliyin reqlamentinə təklif olunan dəyişikliklər nəzərə alınıb. Dəyişikliklərə əsasən İcra Katibliyinin tərkibində katibliklərin, regional nümayəndəliklərin təsis edilməsi ilə bağlı qərar qəbul edilib. Sonra QHT-lərin inkişaf prespektivləri ilə bağlı Alyansın təkilflərinin müvafiq dövlət qurumlarına təqdim edilməsi ilə bağlı qərar qəbul edilib və bu işin həyata keçirilməsi üçün Şura üzvü Razi Nurullayevə səlahiyyət verilib

Ümumi Yığıncağa Hazırlıq üzrə İşçi Qrupun rəhbəri, Şura üzvü Rufiz Qonaqov ümumi yığıncağa hazırlıqla bağlı Şuraya məlumat verib. O, bildirib ki, işçi qrupda formalaşdırılan ayrı-ayrı qruplar hazırlıqla bağlı tədbirlər Planı üzərində işləyir. Növbəti Şura iclasına kimi bu tam hazır olacaq və Şuraya təqdim ediləcək.

Geri qayıt