Əsas Səhifə > Partiya > YUSİF BAĞIRZADƏ YALAN DANIŞIR?

YUSİF BAĞIRZADƏ YALAN DANIŞIR?


25-08-2012, 13:46
YUSİF BAĞIRZADƏ YALAN DANIŞIR?

AİP NÜMAYƏNDƏSİ DƏVƏT ALMADIQLARINI DEYİR

Dünən 17 siyasi partiyanın iştirakı ilə müxalifət qüvvələrinin görüşü keçirilib.

Görüş zamanı Demokratik Qüvvələrin Məşvərət Məclisi yaradılıb. Lakin tədbirdə ölkənin aparıcı partiyalarından olan Müsavat və AİP iştirak etmirdi. AMİP sədri Yusif Bağırzadə FaktXeber.com-açıqlama verərkən bildirdi ki, adı çəkilən partiyalara dəvət göndərilməsinə baxmayaraq, onlar özləri tədbirə qatılmayıblar.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı isə tədbirə şəxsi dəvət aldığını bildirdi: “Məni telefon vasitəsilə fərdi şəkildə tədbirə dəvət etmişdilər. Lakin rayonda olduğuma görə bildirdim ki, tədbirə qatıla bilməyəcəm və bununla bağlı partiya rəhbərliyinə müraciət edin. Amma tədbir təşkilatçılarının məndən sonra partiyaya müraciət etdikləri haqqında hər hansı bir məlumatım yoxdur.”

AİP-in sədr müavini Rövşən Əhmədli isə tədbirlə bağlı hər hansı bir dəvət almadıqlarını bildirdi.

Geri qayıt