Əsas Səhifə > Güney Press, Üçüncü sektor > RASİM BALAYEVƏ QARŞI İTTİHAM

RASİM BALAYEVƏ QARŞI İTTİHAM


27-08-2012, 12:22
RASİM BALAYEVƏ QARŞI İTTİHAM

CƏMİL QULİYEV MƏŞHUR AKTYORU NƏDƏ SUÇLADI?

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev bəzi xalq artisti Rasim Balayevin KİV-lərdə televiziya və kinostudiyanın əməkdaşlarının onun tərəfindən İttifaqdan getməyə məcbur edilməsi ilə bağlı yayılan bəyanatına gətirib.

Trend-in xəbərinə görə, Quliyev bununla əlaqədar bazar ertəsi yaydığı məlumatda bildirib ki, o, heç bir ittifaqın üzvünü işdən çıxartmaqla hədələməyib.

O deyib ki, əgər belə fakt varsa, həmin şəxsin adı rəsmi olaraq qeyd edilməlidir.

"Yaxud həmin şəxs desin ki, Cəmil Quliyev məni işdən çıxartmaqla hədələyib. Hesab edirəm ki, bu günə kimi İttifaqı tərk edən çoxsaylı insanların siyahısı Rasim Balayevi narahat edir. Buna görə də o məni suçlayır", - Quliyev əlavə edib.

O deyib ki, mərhum Nazim Yüzbaşovun adının İttifaqı tərk edənlərin siyahısında getməsi sadəcə texniki səhv olub. Yüzbaşovun əvəzinə hörmətli rejissor, beynəlxalq mükafatlar laureatı Rafiq Yüzbaşovun adı yazılmalı idi. Rafiq Yüzbaşov bir neçə gün bundan öncə AKİ-ni tərk edərək yeni yaradılan ittifaqa daxil olub.

"Rasim Balayevin nəzərinə çatdırmaq istəyirəm ki, rəhmətlik Nazim Yüzbaşov, onun qeyd etdiyi kimi, 4-5 il bundan əvvəl yox, 15 il bundan əvvəl dünyasını dəyişib", - Quliyev qeyd edib.

Geri qayıt