Əsas Səhifə > Dünya > 110 MİN SİLAHLI TEHRANDA NƏZARƏTİ ƏLƏ ALIB

110 MİN SİLAHLI TEHRANDA NƏZARƏTİ ƏLƏ ALIB


27-08-2012, 13:09
110 MİN SİLAHLI TEHRANDA NƏZARƏTİ ƏLƏ ALIB

POLİS VƏ “SEPAH” ƏL-ƏLƏ VERİB

Avqustun 26-da Qoşulmayanlar Hərəkatının 16-cı sammiti Tehranda ilk iclasını keçirib. 6 gün davam edəcək konfransa 36 dövlət başçısının qatılacağı bildirilir.

“Media forum” saytının məlumatına görə, sammitdən bir neçə gün əvvəldən paytaxt Tehran hökumət qüvvələrinin nəzarətinə götürülüb. Hökumətin bildirdiyinə görə, beynəlxalq konfransa qatılanların təhlükəsizliyini qorumağa 110 min polis, “Sepah”çı və mülki geyimli ETTELAAT əməkdaşı cəlb olunub.

Tehran hüquq mühafizə qüvvələri komandanının canişini Əhmədrza Radan jurnalistlərə açıqlamasında paytaxtda təhlükəsizliyin qorunması üçün 360 yoxlama məntəqəsinin yaradıldığını deyib: “Bu yoxlama məntəqələrinin 200-ü polis, 160-ı isə “Sepah” qüvvələrinin nəzarətindədir”.

Hökumət Qoşulmayanlar Hərəkatının paytaxtda daha təhlükəsiz keçirilməsi məqsədi ilə Tehranda 5 gün tətil elan edib. Həmin müddətdə paytaxtdan çıxıb başqa şəhərlərə səfərə çıxan avtomobil sahiblərinin hər birinə 30 litr pulsuz benzin veriləcəyi vəd olunub.

İrandakı “yaşıl hərəkat” mənbələri hökumətin gözlənilməz etiraz aksiyalarından ehtiyatlandığını bildirirlər.

Geri qayıt