Əsas Səhifə > Sosial, Manşet > NAZİR MÜAVİNİ SAHİBKARI NECƏ DİZİ ÜSTƏ QOYUB?

NAZİR MÜAVİNİ SAHİBKARI NECƏ DİZİ ÜSTƏ QOYUB?


27-08-2012, 13:13
NAZİR MÜAVİNİ SAHİBKARI NECƏ DİZİ ÜSTƏ QOYUB?

ÇARƏSİZ İŞ ADAMI VERGİLƏR NAZİRİNİN MÜAVİNİNİN ƏLİNDƏN DAD DEYİR

DİA.AZ: - Ağcabədi rayonunda fəaliyyət göstərən “Arif-50”firmasının rəhbəri Arif Qasımov vergilər nazirinin müavini Sahir Məmmədxanov külli miqdarda pulunu aldığı üçün obyetlərini satışa çıxardığını bəyan etməsindən sonra ona qarşı təzyiqlər başlayıb. DİA.AZ bildirir ki, bu barədə Gunxeber.com-a sahibkar özü məlumat verib.

Bundan əvvəlki “Nazir müavininə qarşı müdhiş korrupsiya ittihamı” başlıqlı yazımızda bildirmişdik ki, A.Qaslmov yanacaq doldurma məntəqlərinin üstünə belə bir elan vurub:
“Obyekt satılır!

Vergilər nazirinin müavini Sahir Məmmədxanov məni aldadaraq külli miqdarda pulumu aldığına görə”.

A.Qasımovun dediyinə görə, 01.07.2010-cu il tarixdən “Azneft” İstehsalat Birliyi firmanın depozitindən ödənilən ƏDV məbləğini geri qaytarır. Depozitdən ödənilən məbləğləri nəzərə almır. Səbəb kimi isə Vergilər Nazirliyinin Audit Departamentinin göstərişini əsas göstərir : “Yəni biz ƏDV depozit hesabı vasitəsilə əməliyyat apara bilmirik. Tutaq ki, hansısa firma bizdən yanacaq almaq üçün bizim hesabımıza 100 manat ödəyir. Həmin məbləğin 18 faizi gedir ƏDV-yə, qalanı keçir bizim cari hesabımıza. Mən həmin firmaya 100 manatlıq yanacaq verirəm amma ƏDV depozitində yığılıb qalan 18 faizi götürə bilmirəm, onunla əməliyyat həyata keçirə bilmirəm. Buna görə də 2010-cu ildən başlayaraq, bu problemin həll olunması üçün əlaqədar qurumlara, xüsusən də Vergilər Nazirliyinə müraciətlər etdim. Amma bir nəticəsi olmadı. Nəhayət 2011-ci il noyabrın 22-də məni vergilər naziri Fazil Məmmədovun qəbuluna çağırdılar. Amma nazir məni qəbul eləmədi. Aparat rəhbəri Asif Cahangirovla təhlükəsizlik şöbəsinin müdiri məni qəbul eləmək istədi. Dedim məni Fazil Məmmədovun qəbuluna çağırmısız, onunla görüşmək istəyirəm. Nazirin yerində olmadığını dedilər və çıxdım getdim. Rayona qayıdarkən yolda zəng etdilər ki, nazir müavini Sahir Məmmədxanov sizi qəbul etmək istəyir.

Qayıdıb gedib görüşdüm və problemi dedim. O da bildirdi ki, məsələ həll olunacaq. Amma sizdə gərək bir iş adamı kimi “Eurovision” zalının tikintisində bizə dəstək verəsiniz. Çünki bu tikintinin bir hissəsi bizim üzərimizə qoyulub. Danışıb razılaşdıq və bir müddət sonra külli miqdarda pul Sahir Məmmədxanova verildi. Amma bundan sonra cəmi bircə dəfə ƏDV depozitimizdən pul çıxara bildik. Ondan sonra yenə əməliyyatın qarşısı alındı və bugünədək də bu problemi yaşayırıq. Firmanın depozitində olan pul Azərbaycan manatıdı və mənim şəxsi vəsaitimdi, erməni pulu deyil. Mən pozulmuş hüquqlarımın bərpasını və Sahir Məmmədxanovun pulumu qaytarmasını tələb edirəm.

Hələ ğözləyirəm ki, bəlkə nəhayət pulumu qaytardı. Yoxsa növbəti mərhələlərdə pulun harda və kimin yanında verildiyini, məbləği açıqlayacam”.

A.Qasımovun sözlərinə görə, bu məsələ mətbuata çıxandan sonra rayon rəhbərliyi tərəfindən ona qarşı təzyiqlər başlayıb. İş adamı bunun nazir müavinin sifarişi əsasında baş verdiyini güman edir.

Məsələ ilə bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt