Əsas Səhifə > Güney Press, Araşdırma > RUSİYAYA QEYRİ-ADİ YOLLA PUL APARMAQ İSTƏDİ
RUSİYAYA QEYRİ-ADİ YOLLA PUL APARMAQ İSTƏDİ27-08-2012, 13:33 |
JURNALIN ARASINDA 7 MİLYON Azərbaycanda Rusiyaya jurnal vərəqləri arasında 7 milyon rubl aparmaq cəhdinin qarşısı alınıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Mineralnıye Vodı aviareysi ilə getmək istəyən Azərbaycan Respublikasının vətəndaşı Əli Ağayevin baqajı yoxlanılarkən monitorda pul əskinaslarına bənzər təsvirlər görünüb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Ağayevə məxsus çantaya baxış keçirib və nəticədə çantadakı 5 ədəd jurnalın hər birinin vərəqləri arasından cəmi 7 milyon rus rublu (hər biri 5000 rus rublu nominalında) aşkar edilib. Belə ki, adıçəkilən vətəndaş apardığı malları gömrük nəzarətindən keçirərkən aşkar edilən xarici valyutanı nə şifahi, nə yazılı, nə də elektron formada bəyan edib. O, külli miqdarda xarici valyutanı gömrük orqanına bəyan etməməyinin səbəbini isə qanunvericiliyə yaxşı bələd olmaması ilə izah edib. Geri qayıt |