Əsas Səhifə > Partiya > POLIS QUBADA QHT-ÇİNİ HƏBS ETDİ

POLIS QUBADA QHT-ÇİNİ HƏBS ETDİ


27-08-2012, 14:44
POLIS QUBADA QHT-ÇİNİ HƏBS ETDİ

İDARƏDƏN DEYİLİB Kİ, SADƏCƏ SÖHBƏT APARILIR

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) Quba-Xaçmaz üzrə koordinatoru Aftandil Məmmədov bu gün Quba polisi tərəfindən saxlanılıb. A.Məmmədov bildirib ki, polis onu SMDT-nin koordinatoru kimi həmin bölgələrdəki fəaliyyətinə görə saxlayıb.

Quba Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi Fazil Məmmədov A.Məmmədovun polislər tərfindən saxlandığını, onun polis şöbəsinə gətirildiyini təsdiqləyib və deyib ki, polislər onunla söhbət aparırlar.

Bölmə rəisi dedi ki, A.Məmmədovla ona görə söhbət aparılır ki, o təmsil etdiyi təşkilatlar tərəfindən həmin bölgədə tədbir keçirmək istəyərkən əvvəlcədən bu barədə polisə məlumat versin. F.Məmmədov onu da bildirdi ki, polislər A.Məmmədovla söhbəti bitirdikdən sonra onun sərbəst buraxacaqlar.

Xatırladaq ki, iyulun 28-də SMDT Avropa İttifaqı və ABŞ-ın Milli Demokratiya İnstitutunun dəstəyi ilə “Vətəndaş iştirakı və Seçkili Orqanların Hesabatlılığı” proqramı çərçivəsində Quba şəhərində keçirilməli olan Vətəndaş Forumu yerli icra hakimiyyəti və polisin müdaxiləsi nəticəsində baş tutmayıb. Həmin vaxt A.Məmmədov polis tərəfindən təqib edilib.

Qeyd edək ki, A.Məmmədov həm də Helsinki Vətəndaş Assambleyasının Azərbaycan nümayəndəliyinin Quba-Xaçmaz üzrə nümayəndəsidir (gozetci.az).

Geri qayıt