Əsas Səhifə > Sosial, Manşet > ETİBAR PİRVERDİYEV NAZİR POSTUNA GƏTİRİLİR

ETİBAR PİRVERDİYEV NAZİR POSTUNA GƏTİRİLİR


29-10-2011, 15:29
ETİBAR PİRVERDİYEV NAZİR POSTUNA GƏTİRİLİR

“KƏFƏNİ YIRTAN” ASC RƏHBƏRİNƏ PREZİDENT STAVKA EDİR

DİA.AZ: - Keçən ilin mart-aprel aylarında «vurulacağı» barədə informasiyalar yayılan «Azenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev nəinki «kəfəni yırtmağı» bacardı, hətta sonradan daha böyük imtiyazlar uğrunda mübarizə əzmini də bərpa edə bildi. Təbii ki, burada ASC rəhbərinə prezident İlham Əliyevin şəxsən stavka etməsi mühüm faktor kimi çıxış etdi.

Nəticədə gedişi barədə silsilə materiallar dərc edilən Etibar Pirverdiyev «Dövlət Bayraq Medyanı» kimi mühüm bir layihənin icrasını əlində saxlamaqla, əlavə olaraq 10 milyon manatlıq büdcə ilə də mükafatlandırıldı. Paralel olaraq, «Azenerji» prezidentinə hazırda Bayıl qəsəbəsində inşa olunan iri tikinti projelərinin icrası də həvalə edildi. Bir sözlə, bu gün Pirverdiyevin qılıncının hər iki üzü kəsir.

«Dünya» İnformasiya Agentliyi (dia-az.life) redaksiyasına daxil olan məlumatlardan isə aydın olur ki, Etibar Priverdiyevə nümayiş etdirilən etimad tək yuxarıda sadalanan və sadalanmayan faktlarla məhdudlaşmayacaq. Bu barədə Nazirlər Kabinetindəki mötəbər qaynağın bildirdikləri:

«Etibar Pirverdiyev yaxın günlərdə nazir postlarından birinə gətiriləcək. Çox güman ki, onun Natiq Əliyevin yerinə Energetika naziri postuna gətiriləcək».

Onu da xatırladaq ki, ARDNŞ prezidenti postundan EN-yə rəhbər kimi transfer olunan Natiq Əliyev hakimiyyətiçi münasibətlərdə də «dişsiz fiqur» olaraq xarakterizə edilməkdədir. Hətta bəzi iddialara görə, günü bu gün də o, Etibar Pirverdiyevdən daha az səlahiyyətli mövqedədir və nazirliyin əksər işləri məhz «Azenerji» prezidentinin iştirakı ilə həyata keçirilir. Yəni Etibar Pirverdiyev əslində çoxdandır ki, nazir statusundadır. Sadəcə olaraq, bu statusun rəsmiləşdirilməsi gözlənilir.

Onu da bildirək ki, Etibar Pirverdiyev əsasən Prezident Administrasiyasına yaxın olan çevrələrin hədəfində idi. Və hətta bir ara dövrü mətbuatda belə bir məlumatlar yayılmışdı ki, Pirverdiyevin qələmini PA rəhbəri Ramiz Mehdiyev qırıb. Amma indi məlum olur ki, Mehdiyev Pirverdiyevin qələmini tam olaraq qıra bilmədi. Əksinə, bu gün ASC rəhbəri üçün hətta nazir postuna yaşıl işıq belə yandırılıb. Təbii ki, belə bir təyinatın planlaşdırılması, prezident İlham Əliyevin öz hökmünü sübut etmə cəhdi kimi də dəyərləndirilə bilər.

Geri qayıt