Əsas Səhifə > Partiya > İSA QƏMBƏR AXCP-Nİ NİYƏ QƏZƏBLƏNDİRİB?

İSA QƏMBƏR AXCP-Nİ NİYƏ QƏZƏBLƏNDİRİB?


29-08-2012, 12:03
İSA QƏMBƏR AXCP-Nİ NİYƏ QƏZƏBLƏNDİRİB?

CƏBHƏÇİLƏR MÜSAVAT BAŞQANINDAN İZAHAT İSTƏYİR

“AXCP olaraq indiyədək İctimai Palatanın vahid namizəd müzakirəsi ilə bağlı moratorium qərarına əməl etmişik, partiyamızın sədri Əli bəy də hər zaman bildirib ki, bizim üçün önəmli olan demokratik qüvvələrin birliyinə nail olmaqdır.

O baxımdan, indiki halda vahid namizəd mövzusunun müzakirəsi vaxtı çatmamış məsələdir. Bu, diqqəti mübarizə məsələsindən yayındıra bilər. Bütün səylər ona yönəldilməlidir ki, demokratik qüvvələrin birliyinə nail olunsun, ölkədə demokratik seçki mühiti yaradılsın. Təbii ki, zamanı gələndə vahid namizəd məsələsi də həllini tapmalıdır”.

Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini, İctimai Palatanın (İP) üzvü Fuad Qəhrəmanlı deyib. O, Müsavat Partiyasının başqanı, İP-in Koordinasiya Şurasının üzvü İsa Qəmbərin prezidentliyə namizəd olacağı barədə dediklərinə münasibət bildirərkən söyləyib ki, AXCP İP-in müvafiq qərarına əməl olunmasının tərəfdarıdır:

“Eyni zamanda, həm də istəmişik ki, bizimlə birgə vahid namizəd müzakirələrinin vaxtının çatmaması ilə bağlı qərara hər kəs əməl etsin. İndiki halda İsa bəyin İP-in bu qərarına rəğmən namizəd olacağını bildirməsi onun özü tərəfindən izah verilməsi, aydınlıq gətiriləsi məsələdir. Çünki bir tərəfdən İP-in bu qərarı var, digər tərəfdən İsa bəy namizəd olacağını açıqlayırsa, müəyyən suallar yaranır, bu suallara da İsa bəy aydınlıq gətirməlidir. AXCP olaraq proseslərə münasibətimiz ondan ibarətdir ki, biz cəmiyyətə qəbul etdiyimiz qərarlara hörmət etdiyimizi, əməl etdiyimizi göstərməliyik. Əks təqdirdə, yaranan suallara cavab vermək lazım gələcək”.

Geri qayıt