Əsas Səhifə > Güney Press, Araşdırma > AĞ EVİN AZƏRBAYCANDA YENİ TƏZAHÜRÜ

AĞ EVİN AZƏRBAYCANDA YENİ TƏZAHÜRÜ


29-08-2012, 12:12
AĞ EVİN AZƏRBAYCANDA YENİ TƏZAHÜRÜ

MORNİNQSTAR DEMOKRATİYA QIRĞISI OLACAQMI?

ABŞ prezidenti Barak Obama Azərbaycanda səfir vəzifəsinə enerji marşrutlarının şaxələnməsi və Avropanın Rusiyadan qaz asılılığının azaldılması məsələlərində sərt mövqeyinə görə “energetika qırğısı” ləqəbini alan Riçard Moninqstarın namizədliyini irəli sürüb.

ABŞ-ın Avrasiya regionunda enerji məsələləri üzrə xüsusi nümayəndəsi kimi Morninqstar Qərb alyansı üçün ən mürəkkəb enerji vaxtlarında bu vəzifəni tutub. 90-cı illərin sonlarında o, aktiv şəkildə Rusiya üçün alternativ olan Bakı-Ceyhan neft kəməri üçün təzyiqlər edib, 10 il sonra Türkmənistandan Azərbaycana və sonra Avropa İttifaqına Transxəzər qaz kəmərinin tikintisi üzrə ABŞ-ın köhnə arzusunu həyata keçirmək üçün regiona qayıdıb.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Uilson bəyan edib ki, Morninqstar əla səfir olacaq. O, yüksək səviyyədə münasibətləri bərpa edəcək. Vaşinqton analitiki Tomas de Vaal qeyd edib ki, əgər kimsə onu loyal səfir hesab edirsə, Azərbaycan hökumətini məyusluq gözləyir.

Sınanmış diplomat Vilson təsadüfən qeyd etməyib ki, Morninqstarın missiyası Vaşinqton ilə Bakı arasında «münasibətlərin bərpasıdır». Bu diplomatcasına o deməkdir ki, münasibətlərin hansısa qismində zədə var. Enerji təhlükəsizliyi sahəsində hər şey qaydasındadırsa, bu, Amerikanın regiondakı enerji strategiyasını göstərir, rəsmi Bakı digər sahədə - demokratik dövlət quruculuğu məsələsində götürdüyü öhdəliklərə əməl etmir və bu sahədə ciddi nöqsanlar var. Beynəlxalq hesabatlar bunu göstərir.

ABŞ-ın Avropa İttifaqında sabiq səfiri Morninqstarın təyinatı təsadüfən və ya qeyri-təsadüfi Amerikanın avropalı tərəfdaşları ilə Azərbaycan arasında demokratiyanın məhək daşı - söz, yığıncaq azadlığı və insan haqları üzrə kəskin gərginliklə eyni vaxta düşür. Hələ məlum deyil, Morninqstar Bakıda “Avroviziya” mahnı musabiqəsini dinləyəcəkmi? Bu, qeyri-azad ölkədə azad mahnı mövzusunu aktuallaşdırıb. Amma bir şey məlumdur ki, o, Bakıda Amerika diplomatik orkestrinin dirijoru kimi Ağ Evdə yazılmış partituranı yüksək səviyyədə ifa edəcək.

Nə vaxtsa enerji səfiri olan keçmiş səfir Metyu Brayza daha çox göyərçini xatırladırdı və 2010-cu ilin sonunda Bakıya atılmışdı ki, enerji və demokratiya siyasəti arasında disbalansı aradan qaldırsın. Amma bir il sonra onun geri çağırılması göstərdi ki, Amerikanın yumşaq diplomatiyası Azərbaycanda Çin səddinə tuş gəlib.

2003-cü ildə prezident İlham Əliyev seçiləndən sonra dövlətlərarası münasibətlərdə çatlar dərinləşməyə başladı. Vaşinqtonda Əliyevin islahatçı kimi ölkəni neosovet avtoritarizmindən demokratiyaya transformasiya edəcəyinə ümid bəsləyirdilər. Amma nəticədə Qərb dünyası tüğyan edən korrupsiya sistemi, insan haqlarının və demokratiyanın ciddi pozulması və mətbuatın tam məhv edilməsinin şahidi oldular.

Amerikanın səbr kasası 2006-2009-cu illərdə səfir Enn Dersin fəaliyyəti dövründə daşdı. WikiLeaks-in Vaşinqton diplomatlarının hesabatları əsasında yazdıqları bunu göstərir. Bakıya təzyiqlər Əliyevin korrupsiya ilə mübarizə barədə deklorativ bəyanatları, həbs edilən jurnalistlərin azad edilməsi ilə nəticələnsə də, normaya çevrilmədi. Üstəlik, geriyə addım atıldı, vətəndaş cəmiyyəti aktivistləri, jurnalistlər yenidən həbs olunmağa başladı, fundamental insan haqlarının pozulması artmağa başladı.

Daha təcrübəli ağır çəkili diplomat gənc və perspektivli Metyu Brayzanın ardınca Bakı rejiminin dağıtdığı dəyər anlayışlarını bərpa etməli olacaq. Onlar Azərbaycanı təkcə Amerika ilə deyil, Avropa İttifaqının şəxsində daha ciddi Qərb koalisiyası ilə birləşdirir. Morninqstar orada bir-birinə zidd olan Köhnə və Yeni dünyanı ümumi dəyərlərlə bağlayan səfir olub.

Geri qayıt