Əsas Səhifə > Sosial, Manşet > MƏMMƏDYAROV KİMİN ZAVALINA GEDİR?

MƏMMƏDYAROV KİMİN ZAVALINA GEDİR?


29-08-2012, 12:38
MƏMMƏDYAROV KİMİN ZAVALINA GEDİR?

XARİCİ İŞLƏR NAZİRİMİZLƏ BAĞLI YENİ ŞOK MƏLUMATLAR YAYILDI

DİA.AZ: - Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla bağlı DİA.AZ-a şok məlumatlar daxil olub. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbənin sözlərindən belə aydın olur ki, Elmar Məmmədyarovun xarici siyasət idarəmizə rəhbərliyi dönəmi başa çatmaq üzərədir. Artıq bu postda dəyişiklik qərarının verildiyini iddia edən qaynaq hətta növbəti XİN başçımızın kimliyini də açıqlayıb.

Məlumatı verən mənbənin sözlərinə görə, Elmar Məmmədyarov birbaşa olaraq hakimiyyətin üst cinahı ilə isti münasibətlərə malik olsa da, çox mübhəm bir səbəbdən onun görəvindən alınması qərarı verilib: «Elmar Məmmədyarova «yuxarıların» münasibəti qaydasındadır və hansısa şəraitdə heç bir etimad qırıqlığı yaratmayıb. Amma maraqlıdır ki, artıq qərar verilib. Və bu səbəbə görə, XİN başçısı postunda dəyişiklikləri daha çox hazırki nazirin etimaddan düşməsi ilə yox, yeni gələn kadrın daha çox etimad qazanması ilə əlaqələndirmək lazımdır».

Mənbəmiz bildirir ki, Elmar Məmmədyarovu bu postda Səməd Seyidov əvəzləyəcək. Qeyd edək ki, Azərbaycan Dövlət Dillər Universitetinin rektorunu postunu tutan Səməd Seyidov eyni zamanda Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında heyət rəhbəri kimi də təmsil etməkdədir. Məlumatlara görə, Səməd Seyidov hələ keçən il XİN başçısı gətirilməli imiş. Bunu da mənbəmiz söyləyir:

«Amma Səməd Seyidov son parlament seçkilərində qalmaqallı şəkildə mandat aldığından belə birisinin dərhal nazir postuna irəli çəkilməsi ictimai rəydə olduqca mənfi assosasiya yarada bilərdi. Odur ki, Seyidovun XİN-ə rəhbər gətirilməsi müəyyən müddətə ertələndi».

Geri qayıt