Əsas Səhifə > Dünya > QƏDDAFİNİN OĞLUNUN VİLLASI SATIŞA ÇIXARILDI

QƏDDAFİNİN OĞLUNUN VİLLASI SATIŞA ÇIXARILDI


29-10-2011, 15:48
QƏDDAFİNİN OĞLUNUN VİLLASI SATIŞA ÇIXARILDI

HƏMİN EV ƏVVƏLLƏR İRİ BANKİRƏ MƏXSUS OLUB

Liviyanın sabiq lideri Müəmmər Qəddafinin yeddi oğlundan ən kiçiyi, 29 yaşlı Saif əl-Ərəbin Münhendəki villası satışa çıxarılıb. O, bu il mayın 1-nə keçən gecə NATO-nun aviazərbələri nəticəsində həlak olmuşdu. Trend-in məlumatına görə, bu barədə RİA Novosti şəvbə günü "Sueddeutsche Zeitung" qəzetinə istinadən xəbər verib.

Villa Münhenin ən bahalı rayonlarından birində - Pnintsenaur ştrasda yerləşir. Ev əvvəllər iri bankirə məxsus olub. O, villanı bahalı ev və torpaq sahəsi ticarətçisi olan Detlef fon Vangenhayma satıb.

Sahəsi 540 kvadrat metr olan evi Vangenhaym 2009-cu ilin martında 8 milyon avroya satıb.

Rəsmi olaraq villa Saif əl-Ərəbin ikinci villası kimi qeydə alınıb. Onun Valdperlahın başqa rayonunda daha bir mülkü olub. Lakin Qəddafinin oğlunun heç vaxt bu evdə yaşamadığı bildirilir.

Qəzet bir az əvvəl xəbər verib ki, Liviyanın Milli Keçid Şurası bu evdə konsulluğunu açmağı planlaşdırır. Lakin, görünür, bu belə deyil. Liviyanın yeni səfiri, doktor Əli əl-Kotani hələlik yalnız müvəqqəti işlər müdiridir, onun villanın alınmasına dair müqavilə imzalayan varisi isə hələ avqust ayında işdən qovulub.

Almaniya XİN-ə Liviyanın bu binada konsulluq yerləşdirməsi ilə bağlı hələlik heç nə məlum deyil.

Makler fon Vangenhaym bu binanı yenidən satmaq arzusundadır. Bunun üçün o, Qəddafidən icazəni hələ ötən il alıb. Bina Saif əl-Ərəbin zövqü ilə təmir olunub. 10 otağın döşəməsi qara rənglə rənglənib, divarlar isə qızılla bəzədilib. Qəzet yazır ki, belə daşınmaz əmlak üçün alıcı tapmaq kifayət qədər çətin olacaq.


Geri qayıt