Əsas Səhifə > Sosial > «İRƏLİ»NİN SƏDRİ NAZİRLƏ ORTAQ OLDU

«İRƏLİ»NİN SƏDRİ NAZİRLƏ ORTAQ OLDU


13-09-2011, 17:22
«İRƏLİ»NİN SƏDRİ NAZİRLƏ ORTAQ OLDU
CEYHUN OSMANLI DONDURMA BİZNESİNİ GENİŞLƏTMƏYİ DÜŞÜNÜR

DİA.AZ: - Deputatların demək olar ki, əksəriyyətinin biznesləri mövcuddur. Artıq bu bir qanunauyğunluğa çevrilib. Əslində kifayət qədər maaşları olan deputatlara hakimiyyət tərəfindən qeyri-rəsmi olaraq yaradılan bu şəraiti anlamaq da mümkün deyil.

Doğrudur, bəzi deputatlar mandat alana qədər də biznes adamı kimi tanınırdılar və onlara millət vəkili statusu da məhz bizneslərini qoruya bilmələri üçün lazım idi. Amma onların arasında elələri də var ki, biznesə məhz deputat olduqdan sonra baş vurublar.
Həmin deputatlardan biri də «İrəli» İctimai Birliyinin sədri Ceyhun Osmanlıdır. «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) ötürülən xəbərə görə, gənc deputat artıq bir neçə aydır ki, özü üçün biznes planlar qurmaqdadır.

«Hələlik dondurma biznesinə girişən Ceyhun Osmanlının biznes aləmində daha böyük iddiaları var» deyən mənbəmiz onu da bildirdi ki, «İrəli»nin sədri Bakının ən gözəgəlimli yekri kimi tanınan keçmiş «Torqovı» küçəsində Rus Dram Teatrının yaxınlığında «MADO» adlı dondurma kafesinə də sahiblik etməkdədir:

«Yaxın günlərdə bu istiqamətdə daha da inkişaf etməyi düşünən Ceyhun Osmanlıya əsas dəstək verənlər arasında gənclər və idman naziri Azad Rəhimov da var. Ceyhun Osmanlının «MADO» dondurma kafesi də Azad Rəhimova məxsus olan obyektdə fəaliyyət göstərir».

Geri qayıt