Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “OĞLUMU BƏYLƏR ƏYYUBOVUN QOHUMUNUN ƏVƏZİNƏ TUTUBLAR”
“OĞLUMU BƏYLƏR ƏYYUBOVUN QOHUMUNUN ƏVƏZİNƏ TUTUBLAR”30-08-2012, 12:14 |
XDMX-DƏ NƏ BAŞ VERİR? Dünən məlumat verərərk bildirmişdik ki, mətbuatda dəfələrlə Xüsusi Dövlət Mühafizə Xidmətində (XDMX) korrupsiya faktlarını ifşa etmiş bu qurumun keçmiş zabiti Asif Lətifov Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib. Baş leytenant A.Lətifov CM-in 228.1 (qanunsuz silah və döyüş sursatları saxlama, daşıma) və 232.2.3-cü (hədə və vəzifə mövqeyindən istifadə yolu ilə silah və döyüş sursatı tələb etmə) maddələri üzrə ittiham olunub. Bu barədə onun anası Gülnaz Lətifova bildirib. O, ittihamları uydurma hesab edir. Ananın sözlərinə görə, Asifin günahı ondadır ki, 2011-ci il martın 5-də hava limanında “AK-762” avtomatının gülləsini tapıb və onu öz rəisinə, “Betta” dəstəsinin komandiri polkovnik Fikrət Rzayevə təhvil verməyib, növbəti gün XDMX daxili təhqiqatlar şöbəsinə verib. G.Lətifova hesab edir ki, güllənin itirilməsinə görə komandiri mühakimə etmək əvəzinə onun oğlunu həbs ediblər. O həmçinin qeyd edib ki, F.Rzayevin məsuliyyətdən uzaqlaşdırılmasına səbəb onun prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun yaxın qohumu olmasıdır. Bundan əvvəl A.Lətifov mətbuatda F.Rzayevi səriştəsizlikdə, zabitlərin aylıq əmək haqqından pul tələb etməkdə ittiham edib. Eyni zamanda o, XDMX-də qohumbazlıq və yerlibazlığın baş alıb getdiyini bildirmişdi. Geri qayıt |