Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MİSİR MƏRDANOVUN BAZARINA GİRİBLƏR
MİSİR MƏRDANOVUN BAZARINA GİRİBLƏR30-08-2012, 12:37 |
SAXTA MƏKTƏBLİ FORMASI SEXİ TAPILIB Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən "Bakı Tekstil Fabriki" MMC-də "məktəbli formasının" istehsalı və satılması qadağan edilib. Komitədən cümə axşamı Trend-ə verilən məlumata görə, Binəqədi rayonu, Baksol, 1 ünvanında fəaliyyət göstərən Babayeva Səkinə Rəşid qızının rəhbərlik etdiyi "Bakı Tekstil Fabriki" MMC-də dövlət nəzarəti həyata keçirilib. Araşdırma zamanı müəyyən olunub ki, müəssisə qanunvericiliyə uyğun olaraq məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış məhsullar istehsal edir, ölçü vasitələrinin işlədilməsi qaydaları pozulur, ölçmə vasitələri heç biri müqayisəli dövlət yoxlamasından keçirilməyib, eyni zamanda, normativ sənədi olmadığı halda qeyri-qanuni olaraq "məktəbli forması" istehsal olunur. Həmçinin, müəssisənin istehsal olunan məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyin edilməsi üçün laboratoriyası və ya akkreditasiya olunmuş hər hansı bir laboratoriya ilə müqaviləsinin olmadığı da müəyyən edilib. Aşkar olunmuş bu və digər nöqsanlara görə, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, 4000 manatdan 5000 manatadək miqdarda cərimə edilməsi nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilib. Həmçinin, "Bakı Tekstil Fabriki" MMC-də "məktəbli forması"nın istehsalı, satılması və realizə olunmasını qadağan edən tələbnamə verilib. Geri qayıt |