Əsas Səhifə > Gündəm, Manşet > RÖVNƏQ ABDULLAYEV XALQI ÜSYANA HAZIRLAYIR

RÖVNƏQ ABDULLAYEV XALQI ÜSYANA HAZIRLAYIR


30-08-2012, 14:35
RÖVNƏQ ABDULLAYEV XALQI ÜSYANA HAZIRLAYIR

ARDNŞ ŞEFİNİN YENİ HÜCUM PLANI YALNIZ BU AQİBƏTİ VƏD EDƏ BİLƏR

DİA.AZ: - Bir müddət əvvəl Dövlət Neft Şirkətinin Sulutəpə ərazisindəki bəzi yaşayış evlərini məhkəmə vasitəsilə qanunsuz elan edərək, onlara qarşı hərəkətə keçməsi nəinki ölkədə, hətta ölkə xaricində də böyük ajiotaja səbəb oldu. Nəticədə beynəlxalq təşkilatlar Azərbaycan dövlətinə tənə dolu iradlarını yağdırdılar, vətəndaşların mülkiyyət hüququnun pozulması səbəbilə rəsmi Bakını ittiham etdilər.

Və bunun ardından vəziyyət səngidi. Digər tərəfdən, evləri plana düşənlərin etiraz aksiyalarında vətəndaşlarla yanaşı, jurnalistlərə də zorun tətbiq edilməsi baş verənlərin daha böyük səs-küylə əhatə olunmasına nədən oldu.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev heç də dinc dayanmaq fikrində dekyil və ARDNŞ yeni hücumlara hazırlaşır. Məlumatı verən mənbə iddia edir ki, ARDNŞ bu dəfə Sabunçu və Səbayel rayonları ərazisində genişmiqyaslı söküntü işlərinə hazırlaşır:

«Artıq əllərində məhkəmə qərarları var və ola bilsin ki, sentyabr ayının ortalarında hücum başlasın. Təxminən 20 minə yaxın evin sökülməsi planlaşdırılır».

Mənbəmiz bildirir ki, bu isə ən azından 80-100 min adamın narazı salınması deməkdir: «Deməli, bu rəsmən bu sayda vətənldaşın hakimiyyətə qarşı etiraza qalxması anlamını daşıyır».

Hər halda, bütün baş verənlərin yalnız bir adı var: Rövnəq Abdullayev xalqı üsyana sürükləyir. Çünki məlumatı verən qaynaq iddia edir ki, evləri plana düşən 20 min ailənin yalnız çox az kəsiminə kompensasiya, özü də cüzi məbləğdə veriləcək.

Geri qayıt