Əsas Səhifə > Dünya > ABŞ-IN POTENSİAL PREZİDENTİNİN QAFQAZA YANAŞMASI

ABŞ-IN POTENSİAL PREZİDENTİNİN QAFQAZA YANAŞMASI


30-08-2012, 14:45
ABŞ-IN POTENSİAL PREZİDENTİNİN QAFQAZA YANAŞMASI

MİTT ROMNİNİN YENİ SİYASİ XƏTTİ

Prezidentliyə namizəd Mitt Romni post-sovet münaqişələrinə və demokratiya məsələlərinə Obamadan fərqli yanaşır. Bunu Romniyə yaxın, adının açıqlanmasını istəməyən mənbə Turan-ın Vaşinqton müxbiri ilə söhbətində bildirib.

Respublikaçıların xarici siyasətini şərh edən mənbə qeyd edib ki, Romni bu ilin əvvəlində Rusiyanı “bir nömrəli düşmən” adlandırıb. Respublikaçılar 2008-ci ilin avqustunda Moskvanın Gürcüstana qarşı təcavüzü nəticəsində iki ölkə arasında münasibətlər pozulandan sonra Rusiya ilə münasibətlərin “yenidən yüklənməsi” ilə bağlı Obamanın siyasətini daim tənqid edirlər.

“Mitt Romni Rusiyanın aqressiv ekspansionizminə mane olacaq, demokratik siyasi və iqtisadi islahatları təşviq edəcək strategiyanı seçəcək”, - mənbə qeyd edib.

“Həmçinin Romni strateji hücum silahları üzrə yeni müqavilənin və Obama administrasiyasının digər qərarlarının reallaşmasına yenidən baxacaq. Məqsəd onların ABŞ-ın maraqlarına və milli təhlükəsizliyinə xidmət etməsidir”, - o bildirib.

Energetika mövzusuna gəlincə, Massaçusets qubernatorunun nümayəndəsi deyib ki, Romni bu yaxınlarda ABŞ-ın enerji müstəqilliyinə dair öz planını təqdim edib. Onun ideyası ondan ibarətdir ki, növbəti onillik ərzində Şimali Amerikada neft istehsalı iki dəfə - gündə 15-dən 28 milyon barelə kimi arta bilər.

Eyni zamanda ABŞ Avropanın Rusiyadakı enerji mənbələrindən asılılığının azalmasına çalışacaq. “Avropanı daha ucuz enerji mənbəyi ilə təmin etmək və Rusiya neft-qazından asılılığa son qoymaq üçün Nabucco qaz kəmərinin reallaşması məqsədilə Şərqi Avropaya, həmçinin Türkiyə və Avstriyaya texniki yardımın artırılması nəzərdə tutulur. Romni administrasiyası Mərkəzi Asiya ölkələri ilə münasibətlərin möhkəmləndirilməsi məqsədilə çalışacaq”, - mənbə vurğulayıb.

Vətəndaş cəmiyyətinin dəstəklənməsi də gündəmdə olacaq. Avtoritarizmin və iqtisadiyyat üzərində mərkəzləşmiş nəzarətin dərinləşməsi Rusiyanın iqtisadi inkişafına mane olur və dünya arenasında bu ölkəni təhlükəyə çevirir.

Romni administrasiyası Rusiya hökumətinə və onun avtoritar idarəetmə metoduna qarşı qətiyyətlə mübarizə aparacaq. Azad seçkilərin, söz azadlığının, iqtisadi azadlıqların, korrupsiyaya qarşı mübarizənin dəstəklənməsi üzrə tədbirlər bəyəniləcək. Rusiyanın vətəndaş cəmiyyəti liderlərinin ABŞ-a dəvət olunması və onlara öz soydaşları ilə bölüşə biləcəkləri ideyalarla tanış olmaq imkanlarının verilməsi faydalı olardı, mənbə qeyd edib.

Geri qayıt