Əsas Səhifə > Şou-biznes > “SAÇLARIMA RƏNG QOYMAYACAM”
“SAÇLARIMA RƏNG QOYMAYACAM”29-10-2011, 16:03 |
“MÜĞƏNNİ XALQIN GÖZÜ QARŞISINDA QOCALMALIDIR” Tamaşaçıların gözü qarşısında qocalmağı üstün tutan səhnəmizin Məcnunu bəzi kişi sənətçilərinin etdiyini təkrarlamayacaq. Saçlarına dən düşmüş 50 yaşlı xalq artisti Mənsum İbrahimov heç zaman saçına rəng qoymayacaq. Xanəndə Anspress-ə müsahibəsində bəzi kişi sənətçilərin saçını rəngləməsinə münasibət bildirməsə də, bununla bağlı öz fikrini bölüşüb. "Təbii ki, yox! Şəxsən mən heç vaxt saçımı rəngləmərəm. Heç kimə pis baxmıram, hər kəsin öz həyat tərzi, öz həyat baxışı var. Mənə görə isə hər şey təbii olmalıdır. İfaçı tamaşaçının gözü qarşısında qocalmalıdır. Təbiətin qanunu belədir, Allah bizi belə yaradıb!", - deyə M.İbrahimov vurğulayıb. Geri qayıt |