Əsas Səhifə > Sosial, Manşet > MƏMURLARIMIZ ŞANTAJ OLUNUB, SOYULUR

MƏMURLARIMIZ ŞANTAJ OLUNUB, SOYULUR


30-08-2012, 15:32
MƏMURLARIMIZ ŞANTAJ OLUNUB, SOYULUR

HAKİMİYYƏT İÇİNDƏ 2-Cİ «HACI MƏMMƏDOV DƏSTƏSİ» PEYDA OLUB

DİA.AZ: - Bir neçə il əvvəl qardaş Türkiyədə «sauna çetesi» adlanan bir cinayətkar dəstə ifşa olundu. Məlum oldu ki, həmin dəstə üzvləri ayrı-ayrı saunalarda əylənən tanınmış simaları gizli şəkildə videolentə çəkərək, sonradan onları şantaj edib, külli miqdarda qazanc əldə edib.

DİA.AZ redaksiyasına daxil olan məlumatlardan aydın olur ki, sən demə, anoloji cinayətkar dəstələr Azərbaycanda da fəaliyyət göstərirmiş və onlar hakimiyyətin çox yüksək ranqlı məmurlarından biri tərəfindən himayə olunur.

Məlumatı verən mötəbər mənbənin sözlərindən belə aydın olur ki, Bakıda gizli «priton» fəaliyyəti göstərən bir neçə sauna və massaj salonu, həmçinin restoran və gözəllik salonu bu gün həmin şəbəkənin nəzarəti altındadır.

Mənbəmiz bildirir: «Həmin cinayətkar qruplaşma hətta tanınmış obyektlərdə belə gizli çəkilişlər həyata keçirirlər və onların bu günə qədər toxunulmaz qalmaları əslində yüksək çevrələrdən tərəfindən himayə olunmaları ilə birbaşa əlaqəlidir».

Məlumatlara görə, sözügedən şəbəkənin «qurbanları» arasında tanınmış sənət adamlarından tutmuş, məmurlara, məmur övladlarına qədər hər kəs var: «Bu günlərdə nüfuzlu bir dövlət adamının oğlu həmin sauna çetesinin qurbanı olmuşdu. Və nəticədə 100 min dollar verildikdən sonra məsələ bağlanıldı».

Bütün bu baş verənlərin əslində ölkədə «2-ci Hacı Məmmədov dəstəsi»nin mövcudluğu kimi dəyərləndirən mənbəmiz onu da əlavə etdi ki, bölgələrdəki istirahət mərkəzlərinin əksəriyyəti də onların nəzarəti altındadır: «Onlar bütün bu addımlarını belə izah edirlər ki, guya gizli çəkilişlər sırf olaraq dövlət maraqları üçün həyata keçirilir. Bu da var. Amma digər çəkilişlərdən isə şəxsi qazanc məqsədilə istifadə olunur ki, bu kimi faktların da sayı onlarladır».

Geri qayıt