Əsas Səhifə > Sosial, Manşet > SÜRÜCÜLƏR: «HARDASAN, AY RFAİQ ƏLİYEV?

SÜRÜCÜLƏR: «HARDASAN, AY RFAİQ ƏLİYEV?


31-08-2012, 13:17
SÜRÜCÜLƏR: «HARDASAN, AY RFAİQ ƏLİYEV?

«AZPETROL»DAKI OĞURLUQLAR ARTIQ SÜRÜCÜLƏRİ ÇİLƏDƏN ÇIXARDIB

DİA.AZ: - Bir zamanlar keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı tərəfindən sevə-sevə qurulmuş «Azpetrol» Neft Şirkəti bu gün sıradan bir «zapravka» şəbəkəsi kimi öz fəaliyyətini davam etdirir. Halbuki hazırda həbsdə saxlanılan Rafiq Əliyevin rəhbərliyi dönəmində «Azpetrol» nəinki ölkədə, hətta ölkə xaricində də ciddi iqtisadi şəbəkələrə malik idi, şirkət hətta qeyri-neft sektoruna aid iqtisadi layihələri belə maliyyələşdirmək ideyasına malik idi.

Amma hər şey 2005-ci ilin 17 oktyabr hadisələrindən sonra darmadağın edildi. Qardaşının «dövlət çevrilişinə cəhd» ittihamı ilə həbs olunması Rafiq Əliyevin də bu şouda «iştirakçı» kimi tanınmasını vacib etdiyindən, Fərhad Əliyevlə bərabər o da məhbəsə göndərildi. «Azpetrol» Neft Şirkəti isə Rafiq Əliyevin zamanında şirkətdən uzaqlaşdırılmış İbrahim Məmmədovun adı altında ələ keçirildi. Sonradan isə aydın oldu ki, yeni rəhbərliyin «Azpetrol»uni darə olunmasına ümumiyyətlə heç bir dəxli yoxdur, sadəcə olaraq adı onun oldu, dadını isə özgələri mənimsədilər.

Xatırladaq ki, zamanında «Azpetrol»un yanacaq doldurma məntəqələri həm özlərinin keyfiyyətli benzinləri ilə və həm də keyfiyyətli xidməti ilə diqqətə gəlirdi. İndi isə, çox səliqəsiz formada geyinmiş «Azpetrol»a aid YDM işçiləri müştərilərlə kobud rəftar etmələri və benzin oğurluqları ilə diqqətə gəlirlər. Daha dəqiqi, benzin yox, pul oğurlamaları ilə…

Bununla bağlı DİA.AZ-a müraciət edən sürücülərdən birinin sözlərinə görə, artıq bir neçə dəfə «Azpetrol»a aid YDM-lərdə benzin doldurmaqla bir oğurluq hadisəsinin üstünü açmağa müvəffəq olub: «Hər dəfə gümanlarımın doğru olduğunu görəndə istər-istəməz «Hardasan, ay Rafiq Əliyev» deməli olurdum. Çünki bir zamanlar mən də həmin şirkətdə işləmişəm və bu gün onların hansı oyunlardan çıxa biləcəklərini yaxşı bilirəm».

Sürücü redaksiyamıza açıqlamasında bildirdi ki, əgər digər yanacaq doldurma məntəqələrində benzin oğurlayırlarsa, «Azpetrol»un YDM-lərində pul oğurlayırlar: «Bir neçə YDM-də diqqətlə izlədim və gördüm ki, benzini vurulmamışdan əvvəl start düyməsi basıldığı an bir manatlıq benzin sanki maşının deposuna vurulmuş kimi göstərilir».

Bu halın bir neçə dəfə təkrarlandığını ilddia edən sürücü bildirdi ki, «Azpetrol»un YDM-lərində bütün iri məbləğli benzin alışından 1 manat əvvəlcədən oğurlanır.

Bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt