Əsas Səhifə > Partiya > MÜXALİFƏTƏ ŞAD XƏBƏR

MÜXALİFƏTƏ ŞAD XƏBƏR


31-08-2012, 13:21
MÜXALİFƏTƏ ŞAD XƏBƏR

MİTİNQ ÜÇÜN ƏLVERRİŞSİZ OLAN YER ƏLDƏN ÇIXIR

Səbail rayonundakı 20-ci Yaşayış sahəsində Dövlət Neft Şirkətinin “Neftçi” İdman–Sağlamlıq Məktəbinin “Bibiheybət” stadionu əsaslı şəkildə yenidən qurularaq beynəlxalq standartlara uyğunlaşdırılıb.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Rayon icra hakimiyyətindən verilən məlumata görə, burada AFFA tərəfindən 3 min 200 yerlik yeni stadion və müasir tələblərə cavab verən inzibati bina yaradılıb.

Bildirilmişdir ki, Bakıda 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının bir neçə oyununun həmin stadionda keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə stadion tam hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti müxalifətin aksiyalarının keçirilməsi üçün məhz bu stadionu ayırır.

Geri qayıt