Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏDİN HAVA LİMANLARI HƏDƏFDƏ
BƏŞƏR ƏSƏDİN HAVA LİMANLARI HƏDƏFDƏ31-08-2012, 13:35 |
MÜXALİFƏTİN VERDİYİ VAXT BİTİR DİA.AZ: - Azad Suriya Ordusunun sözçülərindən olan Bəssam Əd-Dədə bildirdi ki, Bəşər Əsəd ordusunun sivill xalqa qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı hava hücumları məqsədilə istifadə olunan özəl hava limanlarına məxsus şirkətlərə tanıdıqları 72 saatlıq müddət başa çatıb. Bu barədə xarici KİV-lərə istinadən məlumatı verən DİA.AZ bildirir ki, dinc xalqın zərər görməməsi üçün bu vaxtı verdiklərinit bildirən Əd-Dədə onu da vurğulayıb ki, Bəşər Əsədin bombardımançılarının fəaliyyətini zərərsizləşdirmək üçüni onlar həmin hava limanlarını hədəfə almaq zorundadırlar. Və verilən vaxt da dinc sakinlərin həmin ərazidən uzaqlaşmaları üçündür. Geri qayıt |