Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İSA QƏMBƏR LİDER OLMAQ İSTƏMİR, AMMA…

İSA QƏMBƏR LİDER OLMAQ İSTƏMİR, AMMA…


31-08-2012, 13:41
İSA QƏMBƏR LİDER OLMAQ İSTƏMİR, AMMA…

PARTİYADAN KİMSƏ ONU NAMİZƏD GÖRƏRSƏ…

“Qarşıdakı qurultayda mən partiya nizamnaməsinə uyğun olaraq lider postuna namizədliyimi irəli sürməyəcəm” , - Müsavat Partiyasının sədri İsa Qəmbər “ObyektivTV”yə (obyektiv.tv) müsahibəsində bildirib. Lakin namizədliyin irəli sürülməsi onun iradəsindən asılı olmayaraq baş verə bilər. Hələlik bu məsələ gündəlikdə deyil.

Əvvəlcə hakimiyyət aparıcı müxalifət partiyasının statusuna uyğun olaraq yer verməlidir, sonra başqa mövzuları müzakirə etmək olar. Əgər partiya qərara alsa ki, 2013-cü ildə İ.Qəmbər dövlət başçısı postuna namizədliyini irəli sürməlidir, bu olacaq.

Bir neçə gün əvvəl İ.Qəmbər növbəti dəfə prezidentliyə namizəd olmaq niyyətini bəyan edib və bu, hay-küyə səbəb olub. Səbəb ondadır ki, bundan əvvəl müxalifət vahid namizəd məsələsini müzakirə edib və onun namizədliyi müəyyən olunmayıb.

İ.Qəmbər hesab edir ki, Azərbaycanda iki dəfə real alternativ namizədlər şəraitində prezident seçkisi keçirilib – 1992-ci ildə Elçibəy seçiləndə və 2003-cü ildə İ.Qəmbər qalib gələndə və MSK ondan seçicilərin səslərini “oğurlayanda”.

İki dəfə seçkilərin saxtalaşdırılmasına ehtiyac olmayıb – 1993-cü ildə Heydər Əliyev seçiləndə və 2008-ci ildə İlham Əliyev təkrar seçiləndə. Lakin o zaman hər ikisinin alternativi olmayıb.

Azərbaycan xalqı dünya ictimaiyyətinin anlamında “klassik seçkilərə” hər zaman hazırdır. Hətta hazırda mükəmməl Seçki Məcəlləsinin olmadığı bir vaxtda elektoratın yüksək şüuruna ümid etmək olar. Lakin seçkilərin şəffaflığından danışmazdan əvvəl hakimiyyətin siyasi iradəsi olmalıdır.

Hazırda müxalifətdən vahid namizəd məsələsini müzakirə etməyin mənası yoxdur. Belə ki, vahid seçkiqabağı platforma hazırlamaq, ümumi ideoloji mövqeni müəyyən etmək lazımdır. Bundan sonra namizədliyin irəli sürülməsi məsələsini müzakirə etmək olar. Müsavat Partiyası 2000-ci ilin praymeriz təcrübəsinə malikdir. O zaman parlamentdə deputatlığa 25 ən optimal namizəd irəli sürülmüşdü.

Bu gün ölkədə İctimai Palata fəaliyyət göstərir və qurum müntəzəm olaraq avtoritarizmdən demokratik idarəetməyə keçid üzrə “yol xəritəsi” çərçivəsində təşəbbüslər irəli sürür. Bu, dialoqa nümunədir və hakimiyyətin susması səbəbindən yubadılır.

Seçkilərə bir ildən bir az çox vaxt qalır. Bu, elektoratın fəallaşması üçün az vaxtdır. Müxalifət ikinci dərəcəli məsələlərin müzakirəsinə vaxt itirməməlidir. Beynəlxalq demokratik birliyin, əsasən beynəlxalq xəbərlər və analitik telekanalların resurslarından fəal istifadə etmək lazımdır

Son vaxtlar İnternet və xüsusilə sosial şəbəkələr çox cəlbedici və təşviqat meydanına çevrilir. Yerlərdə adamlarla tez-tez görüşlər keçirmək lazımdır. Demokratik seçkilərin qaçılmaz olmasına və demokratik qüvvələrin namizədinin qalib gələcəyinə əminlik yaratmaq lazımdır. Vətəndaşlardan yalnız seçici olmaq yox, həm də təşviqatçı, seçki qərargahlarının üzvləri, müşahidəçi olmaq tələb olunur. Vətəndaş cəmiyyətinin fəallığı onun namizədinin qələbəsinin təminatıdır, İ.Qəmbər vurğulayıb.

Geri qayıt