Əsas Səhifə > Hadisə > “BU, SÖZ AZADLIĞINA QƏSDDİR”

“BU, SÖZ AZADLIĞINA QƏSDDİR”


29-10-2011, 17:03
“BU, SÖZ AZADLIĞINA QƏSDDİR”

REDAKTORLAR BİRLİYİ BƏYANAT VERDİ

Oktyabrın 28-də axşam “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı həbs edilib. Zeynallı cümə günü axşam 19 oktyabrda parlamentin deputatı Gülər Əhmədovanın verdiyi şikayətlə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə aparılıb. Hadisə guya bu ilin avqustunda olub. Zeynallı öz növbəsində o vaxt qəzetində yazıb ki, Əhmədova “Xural” qəzetinin redaksiyasına gələrək hakimiyyətə loyallıq müqabilində ona iri məbləğdə pul təklif edib. Həmin fikri o, sentyabrda Redaktorlar Birliyində səsləndirib.

Redaktorun CM-nin 311.3.3 və 311.3.4 maddələri üzrə böyük həcmdə rüşvət qoparmaq cəhdi ilə bağlı ittihamı irəli sürülüb. Bu madddələr 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Həmin gecə Nəsimi rayon Məhkəməsi redaktora qarşı 3 aylıq həbs qətimkan tədbiri seçib.

Əhmədovanın ərizəsi 19 avqust tarixində verilib. O vaxt məhkəmə icraçıları redaksiyanın bütün əmlakını məhkəmənin qərarı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və Prezident yanında KİV-ə Dəstək Fondunun rəhbəri Vüqar Səfərlinin iddiası üzrə tətbiq edilən 15 min manat cərimə müqabilində müsadirə ediblər.

İlin əvvəlindən “Xural” qəzetinə qarşı məmurların və ictimai xadimlərin məhkəmə hücumları sistemli xarakter alıb və 2010-cu ildəki təqiblərin davamı olub. Həmin ildə qəzetə qarşı 29 məhkəmə iddiası irəli sürülüb.

Redaktorlar Birliyi “Xural” qəzetinin bağlanması və onun beş redaktoru Əvəz Zeynallının həbsi ilə bağlı müxtəlif xadimlərin və dövlət strukturlarının bütün hərəkətlərini hakimiyyətin Azərbaycanda söz azadlığına qəsdi kimi qiymətləndirir.

Biz hakimiyyəti “Xural” qəzetinə təzyqiləri dayandırmağa, Zeynallıya qarşı irəli sürülən ittihamları jurnalist ictimaiyyəti üçün maksimal açıq şəkildə obyektiv araşdırmağa çağırırıq.


Geri qayıt