Əsas Səhifə > Sosial, Manşet > İLHAM ƏLİYEV İRANIN PLANINI NECƏ POZUB?
İLHAM ƏLİYEV İRANIN PLANINI NECƏ POZUB?31-08-2012, 14:58 |
RƏSMİ TEHRAN GİROV ŞAİRLƏRİMİZİN DURUMUNU AĞIRLAŞDIRA BİLƏRMİ? DİA.AZ: - Məlum olduöu kimi, İran “İslam” respublikasında saxlanılan gənc şairlərin avqustun 7-də keçirilən məhkəmə qərarının cavabı sentyabr ayının 7-də açıqlanacaq. Bildiyimiz kimi, İran “İslam” respublikasında məhbəsdə olan gənc şairlərin avqust ayının 7-də məhkəməsi oldu. Məhkəmə qazisi qərarın ayın 15-də acıqlanacağını söyləyib və 15-i gənc şairlərin valideynlərinə İranda məhkəmə qərarını müəyyən səbəblərdən gecikdiyini söyləyiblər. İlk öncə ayın 22-də məhkəmə qərarınən açıqlanacağı bildirilsə də, sonradan qərarın sentyabr ayının 7-ə qaldığı müəyyən olunub. Bununla bağlı DİA.AZ-a ilginc faktlar ötürülüb. Diplomatik mənbələrdən əldə etdiyimiz informasiyalardan aydın olur ki, əslində şairlərlə bağlı qərarın yubanması avqustun 26-da Tehranda kiçrilən Qoşulmayanlar Hərəkatının 16-cı sammiti ilk iclası ilə bağlı olub. Mənbəmiz bildirir: “İran tərəfi düşünüb ki, Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak edəcək və belə qəbul etdiriləcək ki, şairlər də məhz İlham Əliyevin xahişi ilə azad olunub. Guya ki, İran tərəfi xoşluqla bu addımı atmayıb. Amma rəsmi Bakı fars-molla rejiminin bu planını pozub. Göründüyü kimi, İlham Əliyev İrana getmədi”. “Bəs İran bu addımdan sonar şairlərlə bağlı arzulamadığımız bir qərarı verə bilərmi” sualının cavabında mənbəmiz bunu imkansız adlandırsa da, Tehranın mövqeyinin heç bir zaman ağlagəlməz hərəkətlərdən sığortalanmadığını da qeyd etdi: “Ola bilər ki, farslar şairlərə qarşı yeni ittiham səsləndirsinlər. amma hazırda faktiki olaraq belə bir məsələ yoxdur”. Geri qayıt |