Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ZABİTİMİZİN ƏFVİ ALQIŞLANIR

ZABİTİMİZİN ƏFVİ ALQIŞLANIR


1-09-2012, 11:23
ZABİTİMİZİN ƏFVİ ALQIŞLANIR

QHT-LƏR PREZDİENTİN QƏRARINDAN MƏMNUNDUR

DİA.AZ: - Redaksiyamıza Ramil Səfərovun əfvinə müxtəlif ünvanlardan reaksiyalar gəlməkdədir. Bildirək kmi, bütün reaksiyalara dövlət başçısının verdiyi qərar alqışlanır. Onlardan bəzilərini diqqətinizə çatdırırıq:

Azərbaycan Gənc Diplomatlar Birliyinin təbriki

Azərbaycan Gənc Diplomatlar Birliyi Macarıstanın Budapeşt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş zabitimiz Ramil Səfərovun Azərbaycana gətirilməsində onun əfv edilərək azadlığa buraxılmasında göstərdiyi əvəzsiz xidmətinə görə Ölkə Başçısı, Ali Baş Komandan İlham Əliyev cənablarına xüsusi minnətdarlığını bildirir, Azərbaycan xalqını ürəkdən təbrik edir.

DİA.AZ-a daxil olna məlumatda deyilir ki, hər bir Azərbaycanlını sevindirən bu hadisə həm də Azərbaycan diplomatiyasının uğurudur. Azərbaycanın gənc diplomatları olaraq inanırıq ki, yaxın günlərdə Qarabağımızın azad olunması münasibətilə Dövlət Başçımızı və Xalqımızı təbrik edəcəyik.

Milli QHT Forumunun təbriki

Azərbaycanlı zabit Ramil Səfərov 19 Fevral 2004-cü ildə erməni zabitini qətlə yetirməkdə təqsirli bilinərək Macarıstanın Budapeşt şəhərində həbs olunmuşdu.Həmin dövrdən başlayaraq Ramil Səfərovun hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Milli QHT Forumu Koordinasiya Şurası yaradıldı və bütün ictimaiyyət gənc zabitin hüquqlarının müdafiəsinə cəlb olundu. Ramil Səfərovun ekstradisiyası ilə bağlı çalışmalar ölkə rəhbərliyinin və ictimaiyyətin və bir təşkilat olaraq Milli QHT Forumun daimi diqqət mərkəzində olmuşdu. Bütün bu çalışmaların nəticəsi olaraq bu gün azərbaycanlı zabit Ramil Səfərov Bakıya gətirilıb və ölkə przidenti tərəfindən əfv olunub.

Azərbaycan Milli QHT Forumu adından ölkəmiz, təşkilatımız və xalqımız üçün çox əhəmiyyətli olan bu nailiyyətə görə Ramil Səfərovun ailəsini,eləcə də bütün Azərbaycan xalqını təbrik edir və dövlətimiz üçün vacib olan belə uğurların davamlı olmasını arzulayırıq. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə Ramil Səfərovun əfv edilməsi haqqında verdiyi sərəncama görə öz dərin təşəkkürümüzü bildiririk.

Geri qayıt